Məşhur markalar və onların mənaları

0
475

Dünyada məhşur olan bir çox firmanın adını demək olar ki, hər gün eşidirik. Bu şirkətlərin adlarının mənasını, haradan alındığı haqqında isə çox az adamın məlumatı var.

1. “Nikon”: 1917-ci ildə açılan və dünyanın ən böyük optik cihaz istehsalçısı olan “Nippon K” şirkəti, bu gün Nikon olaraq tanınır.

2. “Sony”: 1946-cı ildə Yaponiyada “Totsuko” adlı şirkətin qurucularından biri olan Akito Morita, amerikalıların bu adı tələffüz etməkdə çətinlik çəkdikləri üçün şirkətin adını dəyişmək qərarına gəlib. Sonra Morita şirkətinə “Tokyo Teletech” adını qoymağa qərar verib. Ancaq ABŞ-da bu adlı başqa bir şirkət olduğunu öyənən Morita, yenidən ad axtarışına çıxıb. Nəhayət ki, şirkətinə latın dilində “sonic” (səslə əlaqəli) sözünün kökü olan “sonus” adını verməyə qərar verib. 1950-ci illərdə ABŞ-da oğlan uşaqlarını çağırmaq üçün istifadə edilən “Sonny” kəliməsindən gələn “Sony” markası 1958-ci ildə tam olaraq istifadəyə verilib.

3. Finlandiyanın telefon markası “Nokia”nın kökləri 1865-ci ilə gedib çıxır. Finlandiyanın Nokianvitra çayı sahilində yerləşən Nokia qəsəbəsində qurulan bu şirkətin ilk rəsmi işi taxta-şalban istehsalı etmək olub. 1898-ci ildə yaradılan “Finnish Rubber Works” və 1914-ci ildə qurulan “Finnish Cable  Works Şirkətləri” 1967-ci ildə “Nokia” adı altında birləşib. 1992-ci ildə ilk GSM telefon layihəsini həyata keçirən şirkət adını Nokianvitra çayı sahilində yerləşən Nokia qəsəbəsindən alıb.

4. “LG”: 1947-ci ildə Cənub Koreyada yaradılan “Lak-Hui” (ingilis dilində “lucky” olaraq tələffüz edilir) adlı şirkət 1958-ci ildə koreyalı “Goldstar” şirkəti ilə birləşdirilib. Nəticədə hər iki şirkətin baş hərflərindən yaranan “LG” adı günümüzə qədər gəlib çıxıb.

5. “Microsoft”: Bill Qeyts və Pol Allen tərəfindən 4 aprel 1975-ci ildə qurulan “Microsoft” şirkətinin adı “microcomputer”(mikro kompyuter) və “software”(proqram) kəlimələrindən alınıb. İlk vaxtlar “Micro-Soft” olaraq istifadə edilən ad daha sonra tire (-) işarəsi olmadan “Microsoft” kimi istifadə edilib.

6. SAP: Alman proqram şirkəti olan SAP 1972-ci ildə İBM (İnternational Business Machines) işçiləri tərəfindən qurulub. SAP kəliməsi alman dilində “Systemanalyse und Programmentwicklung” sözünün qısaldılmasından yaradılıb. Dilimizdə isə bu sözün tərcüməsi “Sistem analizi və proqram inkişafı” deməkdir.

7. “Facebook”: 4 fevral 2004-cü ildə Mark Zukerberq tərəfindən qurulan “Facebook”un adı ABŞ universitetlərində tələbələrin, müəllimlərin və işçilərin doldurduğu “Paper Facebook” formlardan götürülüb.

8. “Twitter”: 15 iyul 2006-cı ildə qurulan “Twitter” ingilis dilində “ciggilti”, “tweet”ləmək isə “ciggildəmək” mənasına gəlir.

9. HP: 1939-cu ildə Palo Altoda yerləşən qarajda qurulan HP şirkəti dünyanın qarajda qurulan ilk texnologiya firması hesab olunur. HP şirkətinin adı onun qurucuları Bill Hevlet və David Pakkardın soyadlarının baş hərflərinin birləşməsindən alınıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here