“Müsyö Jordan” dünyasını dəyişdi

0
10

Rusiyanın xalq artisti, tanınmış aktyor Sergey Yurski 84 yaşında vəfat edib. Məlumata görə,  aktyor ötən ilin dekabrında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Teatrdan isə onun profilaktik müalicə aldığı bildirilmişdi.

Yurski “Görüş yerini dəyişmək olmaz”, “Məhəbbət və göyərçinlər” kimi məşhur filmlərdə rol alıb. Azərbaycan tamaşaçısı isə onu məşhur filmlərimizdən olan “Dərviş Parisi partladır” ekran əsərindən tanıyır.

Aktyor bu filmdə fransız təbiətşünası Müsyö Jordan rolunu böyük ustalıqla, təbii şəkildə ifa etməklə yanaşı, həm də personajın nitqinin səsləndirilməsini məharətlə yerinə yetirib və tamaşaçıların yaddaşına həkk olunub.

Sergey Yurski həmçinin “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını oynayıb.