Mingəçevir “Azəriışq”ASC- də şəhidlər anılıb

0
149

Bu gün Mingəçevir  Azərişıq ASC  “Mərkəzi Aran” RETSİ-də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin anım mərasimi keçirilib. RETSİ-nin rəisi Saleh Abdullayev anım mərasimində çıxış edərək bütün şəhidlərə Allahdan rəhmət diləyib. Bildirib ki, onlarla birgə çalışan şəhid ailələrinə rəhbərlik tərəfindən daim diqqət və qayğı göstərilir: ” Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən şəhid ailələri tərəfindən razılıqla qarşılanır. Biz də bizimlə çalışan şəhid ailələrinin problemləri ilə maraqlanır, onlara əlimizdən gələn köməyi göstəririk”.

Daha sonra  RETSİ –nin müdir müavinləri  – Rauf Nəbiyev, Qəşəm Nəsibov çıxış ediblər. Şəhid ailələrindən Vüsalə Tağıyeva, Qızyetər İbadullayeva, Nərmin Cəfərova çıxış edərək onlara daim diqqət və qayğı göstərdiyinə görə Saleh Abdullayeva minnətdarlıq bildiriblər.

Qeyd edək ki, “Mərkəzi Aran” RETSİ  Mingəçevir sahəsində 10 nəfər şəhid ailəsi çalışır.

Tədbirin sonunda rəhbərliklə şəhid ailələri xatirə şəkili çəkdiriblər.

Esmira Hidayətova, Mingəçevir