Direktor uşaqlara Mübariz İbrahimov kimi mübariz olmalarını tövsiyə etdi

0
342

Bu gün Mingəçevir 8 saylı məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibəti ilə ədəbi-bədii kompozisiya keçirilib. Kompozisiyanı məktəbin 7c , 8b sinif şagirdləri, təşkilatçı müəllimə Pərvanə Əhmədova hazırlayıb. Əvvəlcə Dövlət himni oxunub. Daha sonra bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəmanın həyat yolundan bəhs edən video carx nümayiş olunub. Şagirdlərin ifasında şeirlər səsləni, kiçik tamaşalar nümayiş olunub. Mübariz rolunda 8-ci  sinif şagirdi İlkin Atayev çıxış edib.

Anım məraismində məktəbin direktoru Adil Kərimov çıxış edərək Azərbaycan xalqının qəhrəmanlıq səhifəsində Mübariz İbrahimovun xüsusi yeri olduğunu vurğulayıb:

“Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Mübarizin valideynləri ilə görüşəndə mənə demişdilər ki, Mübariz hələ uşaq ikən Vətəni üçün canını əsirgəməyəcəyini, ona qoyulan adı doğrultmağa çalışaçağını deyərmiş. Mən də istəyərdim ki, siz əziz balalar Mübariz kimi mərd olasınız, Vətəni, torpağı sevısiniz”.

Esmira Hidayətova.