Energetiklər qəsəbəsində nümunəvi məhəllələrin sayı artırılacaq

0
135

Mingəçevirin Energetiklər qəsəbəsinin Naxçıvan 42,Yadigar Mansurov 11,15,13,9 ünvanının sakinləri ilə görüş keçirilib. Qeyd edək ki,bu ünvanda daha bir nümunəvi məhəllə yaradılıb. Belə ki, binaların dam örtükləri dəyişdirilib, bloklarda təmir işləri aparılıb, həyətdə uşaq əyləncə mərkəzi yaradılıb, xeyir-şər mağarlarında təmir-bərpa işləri görülüb.

Tədbiri giriş sözü ilə  açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov   vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında indiyə qədər  ayrı-ayrı məhəllələrdə keçirilən səyyar görüşlərdə şəhər sakinləri həlli vacib hesab edilən problemlərin aradan qaldırılmasını diqqətə çatdırıblar. Bundan sonrakı vaxtlarda da şəhərimizin daha da abadlaşdırılması və sakinləri rahat şəraitdə yaşamaları naminə  belə  görüşlərin keçiriləcəyini söyləyən icra başçısı: “Möhtərəm Prezidentimizin tapşırdığı kimi,  biz insanların rahat şəraitdə yaşamaları və istirahət etmələri üçün əlimizdən gələni edəcəyik”-deyib.    Sakinlər öz problemləri ilə bağlı çıxış ediblər. Qaldırılan məsələlər əsasən istilik sistemi ilə bağlı olub. Daha sonrakı çıxışçılar qəsəbədə poçt şöbəsinin bir işçisi olması səbəbindən orada yaranan növbələrdən, kompyuterlərin nasazlığından, qəsəbədə bankomatın azlığından, binaların zirzəmilərindəki qrunt sulardan danışıblar.


    Sakinlər Naxçıvan küçəsində yaranan  yol problemi ilə bağlı nöqsanları da dilə gətiriblər. Bildiriblər ki, həmin küçədə piyada keçidi olmadığı üçün dəfələrlə orada yol nəqliyyat hadisəsi baş verir. Həmin ünvanda dayanacaqların olmaması da qeyd edilib.
    Qəsəbə sakinlərini dinləyən başçı onları əmin edib ki,problemlər mərhələ-mərhələ öz həllini tapacaq. Bildirib ki, bu ilin sonunadək qəsəbədə nümunəvi məhəllələrin sayı artırılacaq. Esmira Hidayətova, Mingəçevir