Makron “öhdəlik” götürüb

0
13

Fransa Prezidenti Emanuel Makron, 1915-ci il hadisələrinin il dönümü olan 24 apreli “Erməni soyqrımının anım günü” elan edib. E. Makron rəsmi Tvitter səhifəsində bu barədə məlumat yayıb. Məlumatda belə deyilir: “Fransa tarixlə üzləşir. Növbəti həftələrdə söz verdiyim kimi 24 apreli “Erməni soyqrımının anım günü” elan edəcəcyik”.
Qeyd edək ki, bu qərar Makronun 2017-ci ildəki seçki vəədlərindən biri idi. Makron həmçinin bu qərarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əvvəlcədən bölüşdüyünü bildirib. Hələ ki, bu qərara Ankaradan rəsmi cavab gəlməyib.