Nümayəndəlik hesab verdi

0
179

Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  (SİƏD)        üzrə Nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı keçirilib. Tədbirdə      İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD-in üzrə nümayəndəsi  Rizvan Mikayıllı çıxış edərək bildirib ki, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib: ”Prezident İlham Əliyev cənabları tərəfindən əldə edilən müvəffəqiyyətlər bizi hədsiz sevindirir. Bütün dünyanı öz ağuşuna almış iqtisadi böhrana baxmayaraq qazanılan uğurlar bir-birini əvəzləməklə insanlarımızı daha xoş gələcəyə – sabit və firavan həyat naminə daha yaxşı çalışmağa səsləyir”.

O həmçinin vurğulayıb ki,  İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD  üzrə Nümayəndəliyi 2013-cü ildən fəaliyyət göstərir və artıq 5-ci dəfədir ki, əhaliyə hesaba verilir: “Nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn  vəzifələri və Şəhər İcra Hakimiyyətinin əmr və sərəncamlarını və tövsiyələrini rəhbər tutaraq öz səlahiyyətləri daxilində onların yerinə yetirilməsin istiqqamətində çalışmışdır. 2018-ci ildəNümayəndəliyin saxlanması və fəaliyyəti üçün şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 43 758manat vəsait təyinatı üzrə xərclənmişdir.  Ötən il qeyd etdiyimiz kimi, bir məsələdə çətinliklə qarşılaşırıq. Bu, yeni tikilən evlər, satılan mənzillər, yeni yaranan ev  təsərrüfatları  barədə məlumatların bizə vaxtında daxil olmaması ilə əlaqədardır”.

Daha sonra su-kanal sistemindəki və qaz istismarı sahəsindəki qəza və nasazlıqların  aradan qaldırılmasındakı problemlərdən söz açan  R. Mikayıllı bildirib ki,  yeni su-kanalizasiya şəbəkəsinin qurulması başa çatdıqdan və istismara verildikdən sonra sakinlər bu kimi problemlərlə qarşılaşmayacaqlar: “2017-ci illə müqayisədə 2018-ci ildə su-kanalizasiya qəzaları ilə bağlı daxil olan müraciətlərin sayının 502-dən 250-yə enməsi də bunu deməyə əsas verir”.

Onun sözlərinə görə, bir sıra məhəllələrdə sakinlər zibil qabı qoyulmasına etiraz və narazılıq edirlər: “Məsələn götürək 1№li MİS-in ərazisini. Orada həm Şəhriyar küçəsi 3№li binanın arxasında yolda, həm də məhəllə daxilində M.Maqomayev küçəsi 4№li binanın qarşısında zibil qabları qoyuldu. Sakinlər narazılıq etdilər”. Daha sonra o bildirib: “Apardığımız müşahidələr zamanı bir sıra ünvanlarda  – M.Ə Sabir küçəsi 6, H.Əliyev prosepkti 30, 36, 68/18, 84,  Yanvar küçəsi 23, M.Şəhriyar küçəsi 3 və digər binaların arxalarıı həmişə zibilli olur. Müşahidələrimiz onu göstərir ki, bu zibillərin əksəriyyəti mətbəx tullantılarıdır. Belə ki, bir sıra sakinlər mənzillərində mətbəxi eyvana çıxardıqlarından həmin zibilləri eyvandan çölə atırlar. Qeyd olunan ünvanları əhatə edən MİS-lərin rəhbərləri bu məsələyə diqqəti artırmalıdırlar. Etiraf edək ki, son dövrdə kommunal müəssisələrin texnika parkı genişlənib. Lakin xüsusi tipli zibil daşıyan müasir avtomobillərin alınmasına və parkın yenilənməsinə ehtiyac var. Çünki gündən-günə gözəlləşən şəhərimizə köhnə, daşınarkən tullantıların yerə tökülməsinə səbəb olan üstüaçıq zibil daşıyan avtomobillər  yaraşmır”.

Yığıncaqda Mingəçevir Bələdiyyəsinin sədri, şəhər sakinləri, məhəllə komitələrinin sədrləri çıxış edərək irad və təkliflərini bildiriblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək nümayəndəliyin işini kafi qiymətləndirib və qeyd edib ki, hesabatda nəzərə çatdırılan nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün daha səylə çalışmalıyıq.

Esmira Hidayətova