Zaqatalada hələ də dingdən istifadə olunur

0
192

Zaqatalanın bəzi kəndlərində palıddan düzəldilərək dənli bitkiləri döymə üsulu ilə un halına salan alətlər hələ də saxlanılır. “Ding” adlandırılan bu alətin tarixi, deyilənlərə görə, qədim Albaniya dövrünə qədər gedib çıxır.

alpaninfo.com xəbər verir ki, xezerxeber.az-ın məlumatına görə, içi oyularaq yekə ağacdan düzəldilən bu alət keçmişdə qadınların ən çox istifadə etdiyi alət olub.

Dəyirmanların az olduğu dövrlərdə kənd ustalarının düzəltdiyi bu alətdən Zaqatalanın bəzi kəndlərində indi də istifadə edənlər var. “Ding” adlanan alətdə çəltik və digər dənli bitkilər un halına salınır.

“Ding” kənd ustaları tərəfindən palıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanır. Alətin ön hissəsində girdə çala, arxa hissəsində isə bir cüt qol olur. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilir.

Alətin uc hissəsinə dişli baş və ya xüsusi daş yerləşdirilir. Bu ucluq çalaya doldurulmuş çəltiyə dəydikcə onu un halına salır. Üyütmə prosesi un ələkdən keçirilməklə iki-üç dəfə təkrar olunur.

Babalarından yadigar qalmış bu aləti gələcək nəsillərə ötürmək üçün kənd sakinləri onu vaxtaşırı təmir edərək qoyurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: