Məktəb və universitetlərdə nə qədər şagird və tələbə oxuyur?

0
114

Azərbaycanda 4 410 dövlət və 28 qeyri-dövlət ümumi təhsil müəssisəsi (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) fəaliyyət göstərir və bu müəssisələrdə 1,6 milyon şagird təhsil alır. Rəsmi statistika göstərir ki, hər bir ümumi təhsil müəssisəsində orta hesabla 360 şagird təhsil alır.
Ölkədə fəaliyyət göstərən 110 dövlət lisey və gimnaziyalarında 56,2 min şagird oxuyur. Hər bir lisey və gimnaziyada orta hesabla 511 şagird təhsil alır.
Məcburi köçkün uşaqların oxuduğu 584 əyani ümumi təhsil müəssisəsində isə 98,2 min nəfər şagird təhsil alır ki, nəticədə orta hesabla hər “köçkün məktəbində” 168 şagird oxuyur.
Bunlarda başqa ölkədə fəaliyyət göstərən 56 orta ixtisas təhsil müəssisəsində 51,7 min tələbə təhsil alır. Orta hesabla hər orta ixtisas təhsil müəssisəsində 923 tələbə oxuyur.
Bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 27 elmi təşkilatda təhsil alanların sayı isə 176,7 min nəfər olub ki, nəticədə hər bir ali təhsil müəssisəsində 2 237 nəfər tələbə oxuyur.