Mingəçevirdə yeni nümunəvi məhəllə yaradılıb

0
411

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov N.Nərimanov 41, 43, 45 ünvanlarının sakinləri ilə səyyar görüş keçirib. Görüşdə şəhərin icra hakimiyyətinin nümayəndələri, şəhərin idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, bu ünvanda daha bir nümunəvi məhəllə yaradılıb. Məhəlləyə 50 həmişəyaşıl ağaclar əkilib, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları, yaşıllıq zolağı salınıb, səkilərə asfalt örtüyü çəkilib. Öncə sakinləri salamlayan başçı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan əməli işlərdən, həyata keçirilən uğurlu layihələrdən söz açıb. Azərbaycanın gündən-günə inkişafını əks etdirən faktları dilə gətirib. O, Mingəçevirdə davam edən abadlıq-quruculuq işlərini təqdir edərək diqqətə çatdırıb ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.


      İcra Hakimiyyətinin başçısı məhəllə sakinlərinə müraciət edərək mövcud şəraitdən səmərəli istifadə etməyi, yaşıllıqları və ətrafdakı qurğuları qoruyub saxlamağı da   tövsiyyə edib. Daha sonra sakinlər mikrofon qarşısına çıxaraq onları narahat edən problemləri dilə gətiriblər. Sakinlərin əksəriyyətinin problemi binaların istilik sistemi ilə təhciz olunması ilə bağlı olub. Bəzi sakinlər isə digər mövcüd problemlərdən söz açıblar. Sakinlərdən Şəlalə Məmmədova, Nərgiz Əliyeva, Sahib Əhmədov, Sara İsmayılova, İspəndiyar Məmmədov və başqaları fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsindən, xeyir-şər mağarlarının işıq və qaz problemlərindən, məhəllələrin işıqlandırılmasından danışıblar.

     

Qaldırılan bir sıra məsələlərin həlli məqsədi ilə İcra Hakimiyyətinin başçısı müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinə yerindəcə tapşırıqlar verib. O, sakinləri əmin  edib ki, Mingəçevirin inkişafı naminə ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir.

Esmira Hidayətova, Mingəçevir.