İranda yük təyyarəsi qəzaya uğrayıb: ölənlərin sayı 16 nəfərə çatıb

0
89

Bu səhər Tehran yaxınlığında qəzaya uğrayan yük təyyarəsində ölənlərin sayı 16 nəfərə çatıb. Bişkek şəhərindən İranın Kərəc şəhəri yaxınlığındakı “Payəm” hava limanına uçan “Boing -707” tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində evlər dağılıb. Verilən məlumatlarda deyilir ki, pilotlar eniş zamanı yaranan nasazlığı aradan qaldıra bilməyiblər. Təyyarə yaşayış məntəqəsinin üzərinə düşərək evlərə külli miqdarda ziyan vurub. Təyyarənin pilotu xilas ola bilib.

Qeyd edək ki, təyyarənin düşdüyü ərazi şəhər kənarı olduğu üçün burada çox sayda bağ evləri var.

Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər gəlib.

Təyyarənin Qırğızıstana məxsus olduğu bildirilir.