Sakinlər onları narahat edən problemlərdən danışdılar

0
99

Mingəçevir İcra Hikimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib. Görüş U.Hacıbəyov 78, 80, M.Maqamayev 81 ünvanlarında yaşayan sakinlərlə olub. Sakinləri salmalayan icra başçısı əvvəlcə şəhərdə görülən quruculu-abadlıq işlərindən söz açıb. Bildirib ki, bütün görülən işlər cənab Prezidentin tövsiyyəsidir ki, insanlar rahat yaşasınlar: “Məqsədimiz sakinlərin problemi ilə daha yaxından tanış olmaqdır”.

Görüşdə çıxış edən şəhər sakinləri quruculuq-abadlıq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan  qaldırılmasını  xahiş ediblər. Məhəllə sakinlərindən Fərman Nəbiyev məhəllələrində yaradılan nümunəvi məhəllədən danışıb:” Görülən bu işlərdən biz məhəllə sakini kimi mən də razıyam. Amma biz sakinləri uzun illərdən bəri ən çox narahat edən problem binaların istilik sisteminin olmamasıdır. Binaların tüstü bacaları da təmizlənmir. Bu da qış aylarında daha çox problem yaradır. Həyətdə iri gövdəli ağaclar da sakinlərə problemlər yaradır. Binaların giriş qapıları yoxdur”.

Digər çıxış edən məhəllə sakinləri də onları narahat edən problemlərdən söz açıblar. Bildiriblər ki, elə problemlər var ki, onu sakinlər özləri yaradır. Küçədə zibil qabı ola-ola sakinlər zibili küçəyə atırlar.

Bütün problemləri dinləyən başçı bildirib ki, bu şəhər bizim şəhərdir, bunun problemini də birgə həll etməliyik: ”Şəhərdə görülən işlərin siyahısına məhəllələrin də abadlaşması salınıb. Artıq 5 nümunəvi məhəllə yaradılıb. 3 məhlədə də işlər görülür. Burada sadalanan problemlər mərhələ-mərhələ öz həllini tapacaq. Gələn görüşlərimizdə bunun şahidi olacaqsınız. Amma mənim də sizə müraciətim var. Gəlin hamılıqla yaradılan bu gözəlliyi qoruyaq. Əgər yaradılan bu şərait qorunmasa, iş görməyin nə xeyri var? Mən əminəm ki, sizlər bu işdə bizə kömək edəcəksiniz”.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bərabər başçı aidiyyatı qurum rəhbərlərinə tapşırılarını da verib.

Esmira Hidayətova, Mingəçevir