ABŞ dövlət katibi: İŞİD-in 99 faizi məhv edilib

0
87

ABŞ Suriyada İŞİD terror təşkilatını 99 faiz məhv edib.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo Amerika qoşunlarının Suriyadan çıxarılması barədə sualları cavablandırarkən deyib.

Qeyd edək ki, ötən müddətdə ABŞ Prezidenti Donald Tramp Suriyada İŞİD-in məğlub edildiyini və Amerika qoşunlarının ölkədən çıxarılacağını bəyan etmişdi.