Müsəlman ölkələrində nə qədər erməni kilsəsi var?

0
208

Küveyt əmrininn şəxsi nümayəndəsi Muhamməd Abdul əl-Mübarək əl-Sabah bu ölkədə fəaliyyət göstərən Erməni Qriqoryan Kilsəsini ziyarət edib. alpaninfo.com yeniavaz.com-a istinadən  bildirir ki, Küveyt rəsmisi ziyarət zamanı kilsədə keçirilən dini ayində də iştirak edib. 
Məlumat üçün bildirək ki, hazırda Küveytlə bərabər dünyanın bir-çox müsəlman ölkəsində onlarla erməni kilsəsi aktiv fəaliyyət göstərməkdədir və əksər hallarda erməni diasporu bu kilsələr tərəfindən idarə olunmaqdadır.
Erməni kilsələrinin mövcud olduğu müsəlman ölkələri bunlardı:
Azərbaycan (1 kilsə)
Banqladeş (1 kilsə)
Misir (6 kilsə)
İordaniya (3 kilsə)
İraq (5 kilsə)
İran (26 kilsə)
Qazaxıstan (2 kilsə)
Qırğızıstan (1 kilsə)
Küveyt (1 kilsə)
Livan (25 kilsə)
BƏƏ (1 kilsə)
Suriya (22 kilsə)
Sudan (1 kilsə)
Türkmənistan (1 kilsə)
Özbəkistan (2 kilsə)
Türkiyə (69 kilsə)

Qeyd edək ki, ermənilərin böyük əksəriyyəti özlərinəməxsus qriqoryan inancına (xristianlığın pravoslav qoluna aid) sahibdilər. Çoz az hissəsi isə katolik inancının daşıyıcılarıdır.
Dünyadakı Erməni Qriqoryan Kilsələri iki əsas mərkəzdən idarə olunur. Bunlardan biri Ermənistan ərazisində yerləşən Eçmiədzin (Üçkilsə), digəri isə Livanda yerləşən Kilikiya kilsəsidir. Bunlardan başqa Türkiyə, İsrail, İordaniya ərazisində yerləşən kilsələr iki dini mərkəzə – Qüds və İstanbul kilsələrinə tabedirlər. Erməni Katolik Kilsəsinin mərkəzi isə Livanda, Beyrut şəhərində yerləşir və 20-dən çox kilsə bu mərkəzə tabedir.