Daş kitabə aşkar edilib

0
83

Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində eramızdan əvvəl birinci minilliyə aid daş kitabə aşkarlanıb.

alpaninfo.com azərtac-a istinadən xəbər verir ki, daş kitabəni cəlilabadlı tarixçi, tədqiqatçı Elşad Əmənov üzə çıxarıb.

E.Əmənovun sözlərinə görə, eramızdan əvvəl birinci minilliyə aid kitabədəki yazılar ən qədim yazı sistemi olan Runik sistemində yazılıb.

Tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.