İcra başçısı əsaslı təmir olunmuş məktəbdə olub

0
167

Son illər çox müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edir. Bu bölgələrdən biri də Mingəçevirdir.  Son illər Mingəçevirdə  10 məktb əsaslı təmir olunub, 4 məktəb isə yenidən tikilib istifadəyə verilib.

 Bu  gün Mingəçevirdə əsaslı təmirdən sonra şagird və müəllimlərin istifadəsinə verilən 14 nömrəli tam orta məktəbə baxış keçirilib. Baxışda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri də  iştirak ediblər.

Qeyd edək ki, 1974- cü ildən fəaliyyət göstərən bu təhsil ocağı fəaliyyəti dövründə ilk dəfədir ki, əsaslı şəkildə təmir olunub. Azərbaycan və rus bölmələrinin fəaliyyət göstərdiyi bu məktəbdə 1176 yerlik məktəbdə hazırda 716 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 83 müəllim məşğul olur. Məktəb istilik sistemi ilə tam təhciz olunub.

Qeyd edək ki ,əsaslı təmiri “ART-Proje” MMC–nin təsisçisi Tahir Alıyevin rəhbərliyi altında aparılıb. Məktəb ötən ilin aprel ayından təmirə dayandırılmışdı.

Esmira Hidayətova, Mingəçevir.