İdxal rüsumlarını inhisarçı şirkətlər müəyyən edir?

0
49

Ətraf ölkələrlə malların qiymətinin kəskin ucuzlaşdığı şəraitdə Azərbaycan daxili istehsalçıları qorumaq məqsədilə bəzi mallar üçün gömrük ödənişlərini artırıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, söhbət bütün ölkələrdən, o cümlədən qonşu Türkiyə və İrandan gedir: “Həmin ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin risklərin idarə etmə mərkəzi prosesi izləyir və lazım qərarlar verilir”.
Gömrük sədri buna misal olaraq bildirib ki, daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb: “Məsələn İranda armaturun qiyməti 200 dollardır, amma biz onu 500 dollara bəyan edirik, yəni 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir”.
Komitə sədri bildirib ki, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan “Baku Steel Company”nin qorunmasına yönəlib: “Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi”.
DGK sədrinin sözlərinə görə, oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb: «Biz daxili kartof istehsalçılarını qorumaq üçün bəlkə də dünyada ilk dəfə olaraq kartofa mövsümi rüsumlar tətbiq etdik. Bunun da nəticələri müsbət oldu”. (Fed.az