Aksiyaçılar etirazlarını davam etdirəcəklər

0
196

Fransada “sarı jiletlər” etiraz aksiyasının 7-ci aktı olub. BAu şənbə etiraz aksiyaçılarının hədəfləri media olub. Medianı səhv məlumatlar yaymaqda günahlandıran aksiyaçılar Parisdə BFM televiziya kanalı binası qarşısında toplaşıb, oradan “France Televisions” və RT televiziya kanalları istiqamətində irəliləyiblər.

Axşam saatlarında aksiyaçılar yenidən Yelisey çölləri prospektinə gəliblər. Burada polis və aksiyaçılar arasında gərginlik yaşanıb. Polis gözyaşardıcı qazdan istifadə edib.

Əyalətlərdə aksiyaçılar televiziya kanallarının yerlərdəki filiallarının binası qarşısına yığışıblar.

Ölkə üzrə aksiya iştirakçılarının yerli vaxtla saat 14-ə olan ümumi sayının 12 minə çatdığı bildirilib. Parisdə dindirilən 57 aksiyaçıdan 37-si saxlanılıb.

Aksiyaçılar etirazlarını davam etdirəcəklərini bildirirlər.