Şəhriyar gümüş medal qazanıb

0
25

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb. YAarışın son günündə 3 qələbə və 2 heç-heçə ilə ümumi hesabda xallarını 10,5-ə çatdıran Ş.Məmmədyarov bu göstəricisinə görə ikinci olub.

Ondan cəmi yarım xal üstün olan rusiyalı şahmatçı Daniel Dubov 11 xalla dünya çempionu adına layiq görülüb. Bürünc medalı isə 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura qazanıb.

Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci sırada qərarlaşıb.

Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci yeri tutub. Günay Məmmədzadə 7 xalla 39-cu olub. Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub (5,5 xal). Dünya çempionu tituluna isə Çinli Syuy Ventszyun 10 xalla sahib olub. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xalla rusiyalı Aleksandra Qoryaçkina bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya şahmat tacının sahibi norveçli Maqnus Karlsen 5-ci yerlə kifayətlənib.