Şagirdləri həvəsləndirmək vacibdır

0
99

Bu gün müstəqillik yolunda uğurla addımlayan Azərbaycanın qazandığı nailiyyətlərdə təhsilimizin də rolu böyükdür. Gənc nəslin yetişdirilməsi geniş mənada vətəndaş tərbiyəsi böyük uğurların bünövrəsidir. Belə bir şəxsiyyət yetişdirmək üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Mingəçevir 13 nömrəli məktəbdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq, cəmiyyətimiz üçün inkişaf etmiş, beynəlxalq standartlara cavab verəcək sosial-iqtisadi mədəni inkişafin əsasını təşkil edə biləcək bir şəxsiyyət formalaşdırmaq üçün müəllimlər var gücləri ilə çalışırlar. Uzun illər ənənəvi yollarla dərs keçən müəllimlər bu gün yeniliklərlə işləməyə, pedaqoji biliyini artırmağa, interaktiv üsullarla fəal dərslər qurmağa daha maraqlıdırlar. Çünki yeni təlim şagirdlərdə biliklə yanaşı, bacarıqları da inkişaf etdirir. Məktəbin texnologiya, təsviri incəsənət fənlərini tədris edən Ağca Məmmədova, Bəyaz İsmayılova, Bibixanım Kərimova uşaqların bacarıqlarını üzə çıxarmaq üçün və daha da inkişaf etdirilməsi üçün məktəbdə bacarıqlı əllər tədbiri keçiriblər.

Ağca Məmmədova bildirib ki, hər bir uşaqda qabiliyyət və istedad var: ”Onlar üçün hər şey maraqlıdır. Sadəcə, onların öz istedadlarını nümayiş etdirmək üçün düzgün iş qurmaq lazımdır. Şagirdləri hər bir işdə həvəsləndirmək, onlara dəstək olmaq, şərait yaratmaq vacibdır. Texnologiya, təsviri incəsənət fənlərinin tədrisi şagirdlərin formalaşdırılmasına, onların mənəvi, estetik və intelektual inkişafına, dövrümüzə uyğun texnoloji bacarıqlar əldə etməyə zəmin yaradır. Həm yarışma, həm də sərgi şəklində təşkil edilmiş tədbirlər şagirdlərdə əmək fəaliyyəti dövründə fərdi xüsusiyyətləri inkişaf etdirməklə yanaşı, öz əlləri ilə hər hansı əşyanı düzəldən zaman diqqət və yaddaşlarını inkişaf etdirir, səliqəliliyə, səbirli olmağa vərdiş yaradır, ən əsası müstəqil sürətdə qərar qəbul etməyi formalaşdırır”.


Qeyd edək ki, məktəbin VI-IX sinif şagirdləri arasında keçirilən tədbirdə əl işlərinin və rəsm əsərlərinin təqdimatı ilə yanaşı qızların müxtəlif bacarıqlarını nümayiş etdirən yarışlar təqdim edilib. Şagirdlər milli Azərbaycan xörəyi olan yarpaq dolmasının səliqəli və düzgün bükülməsi, salat növlərinin hazırlanması və dekoru, yeni il süfrəsinin bəzədilməsi işinin öhbəsindən bacarıqla gəliblər. Sonda münsiflər tərəfindən aparılan işlər qiymətləndirilib.

Məktəbin direktoru Tünzalə Seyidova qeyd edib ki, uşaqlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılması, bacarıqların inkişafı şəxsiyyətin hərtərəfli inkişafının vacib tərkib hissəsidir. Biz müəllimlərin də ümdə borcudur ki, cəmiyyətimiz üçün belə şəxsiyyətlər tərbiyə edək.
Esmira Hidayətova,Mingəçevir.