Onların da sevinməyə haqqı var

0
220

Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında uşaqları ziyarət edib. Uşaqlar qonaqları şadyanalıqla qarşılayıblar. İlham İsmayılov  uşaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.

O, İcbari Tibbi Sığortanın Mingəçevirdə tətbiqindən sonra sanatoriyada yaradılan şəraitdən, uşaqlara göstərilən xidmətdən və Prezidentin bu qəbilədən olan uşaqlara göstərdiyi dövlət qayğısından danışıb. Başçı hər bir uşağa bayram hədiyyəsi təqdim edib.

Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə rəng qatıb. Uşaqlar rəqs edib şənləniblər. Mingəçevir Xəstəxanasının direktoru Könül Ələkbərov, İcra Hakimiyyətinin nümayəndələri də uşaqları təbrik ediblər.Qeyd edək ki, hazırda sanatoriyada 21 uşaq var. Onlar hər cür şəraitlə təmin olunublar.

Esmira Hidayətova, Mingəçevir