Əsas məqsəd gənclər arasında natiqliyə marağı artırmaqdır

0
184

 Mingəçevir Gənclər evində  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən  “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri , təlim keçiriləcək orta məktəblərin məsul şəxsləri (direktor müavinləri, uşaq birliklərinin rəhbərləri, məktəb psixoloqlar və KİV nümayəndələri) iştirak ediblər.

Tədbiri  giriş sözü ilə açan layihənin təlimçisi Samir Şükürov layihənin əhəmiyyətini və layihə rəhbəri Etiram Sadıqzadənin gənclər sektorunda gördüyü işləri yüksək qiymətləndirərək layihənin komandasına və iştirakçılara uğurlar arzulayıb. Daha sonra Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov natiqlik təlimlərinin debatların gənclərin inkişafında müstəsna rol oynadığından danışıb. Bundan sonra da debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacağını bildirib.

Layihə rəhbəri Etiram Sadıqzadə çıxışında bildirib ki, ”Mingəçevir Gənclərinin Natiqlik Forumu”  layihəsi davam edəcəyi 3 ay müddətində Mingəçevir şəhər ümumtəhsil orta məktəblərində natiqlik təlimlərinin təşkil edilməsə, təlimləri uğurla başa vuran gənclər arasında Milli Debat  Proqramı çərçivəsində debatın Karl Popper formatında debat təlimlərinin və təlimlərdən alınan nəticələri görmək məqsədi ilə Debat Forumunun keçirilməsi planlaşdırılır. E.Sadıqzadənin sözlərinə görə, layihənin davamlılığının təmin edilməsi məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq, onlara mütəmadi təlimlər keçiriləcək. Əsas məqsədimiz  gənclər arasında natiqliyə olan marağı daha da artırmaq, cəmiyyətimiz üçün daha aktiv və yaradıcı gəncləri üzə çıxarmaqdır. 
Esmira Hidayətova, Mingəçevir