Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı tədbir keçirilib

0
202

 Mingəçevir şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Heydər Əliyev Mərkəzində “Milli lider Heydər Əliyev Dünya Azərbaycanlılarını birləşdirən dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, 31 dekabr gününün bir bayram günü kimi qeyd olunmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu tarixin böyük əhəmiyyəti ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilib, ümumxalq, ümummilli bayrama çevrilib. Ötən müddət ərzində bütün dünyada yaşayan azərbaycanlılar və onların təşkilatlanmış cəmiyyətləri birgə fəaliyyət göstərərək Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsi, qorunub saxlanılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yolunda öz siyasi fəallıqlarını göstəriblər.

Sonra İ.İsmayılov, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevirdə də müxtəlif tədbirlərin keçirildiyini bildirib.
Daha sonra Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müdiri, dosent Zemfira Əzizova, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov, Mingəçevir şəhər 16 saylı orta məktəbin müəllimi Ramiz Kərimov, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri, şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev məruzələrlə çıxışlar ediblər. 


Esmira Hidayətova, Mingəçevir