Respublika müsabiqəsinin qalibi: Atilla Muradlı

0
264

Mingəçevir təhsil ictimaiyyəti yeni təqvim ili ərəfəsində xoş bir xəbər alıb. Belə ki, ənənəvi olaraq Fövqaladə Hallar Nazirliyinin təşəbbüsü və  Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən son   texniki yaradıcılıq müsabiqəsində mingəçevirli məktəbli Atilla Muradlı  müsabiqənin qalibi olub. Onun hazırladığı xilasetmə gəmisi  respublika müsabiqəsinin ən yaxşı nümunəsi olaraq dəyərləndirilib.

FHN-nin Aran regional nümayəndəliyində rəsmi şəxslərin və dəvətli qonaqların iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Müsabiqəni qalib olaraq başa vuran 20 saylı Mingəçevir  şəhər orta məktəbinin  6-cı sinif şagirdi Atilla Muradlıya  Fövqaladə Hallar Nazirliyinin Fəxri diplomu, qiymətli hədiyyələri və Təhsil Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Çıxış edən rəsmi şəxslər  istedadlı yeniyetmənin  son iki ildə  bu müsabiqədə qazandığı  mükafatları  böyük naliyyət kimi  xarakterizə ediblər. Qeyd edək ki,  ötən ilki yarışmada Atilla  müsabiqənin  3-cü mükafatına layiq görülmüşdü. Məlumat üçün bildirək ki, Atilla Muradlı Uşaq Gənclər İnkişaf Mərkəzinin nəzdində Fizuli Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Gəmi modelçiliyi dərnəyinin üzvüdür.

Qeyd edək ki,  haqqında danışılan müsabiqədə daha bir mingəçevirli məktəbli  mükafatçılar sırasında yer alıb. Belə ki, Təbiət, riyaziyyat, humanitar təmayüllü şəhər Liseyinin  şagiirdi  müsabiqəni 3-cü pillədə başa vurub.

Esmira Hidayətova, Mingəçevir