“Mingəçevirdə yeni layihələr həyata keçiriləcək”

0
144

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bir neçə gündür ki,müxtəlif sahələr üzrə görüşlər keçirir. Keçirilən görüşlərdə insanları narahat edən problemlər, yeni fikirlər, rəy və təkliflər irəli sürülür. Bu dəfə başçı Mingəçevir bələdiyyəsinin üzvüləri ilə görüşüb. Başçı əvvəlcə bələdiyyə üzvülərinin rəy və təkliflərini dinləyib.

Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev bələdiyyənin  bir neçə yeni layihələrə imza atdığını bildirib. Qeyd edib ki, Mingəçevir Bələdiyyəsi sakinlərin müraciətlərini nəzərə alaraq, şəhərin N.Nərimanov prospektindəki 41, 43, 45 saylı binaları əhatə edən 126-cı məhəllədə “Nümunəvi Məhəllə” layihəsinə start verib. İlkin olaraq, bələdiyyənin üzv və qulluqçuları iməcilik keçirərək, həmin ərazidə ağacəkmə kampaniyasına başlayıb. Ağaclara qulluğu bələdiyyə qulluqçuları ilə birgə məhəllə sakinləri üzərlərinə götürüblər.

        “Nümunəvi Məhəllə”də nəzərdə tutulmuş digər işlər – idman və uşaq əyləncə qurğuları, oturacaqlar və s. avadanlıqların qoyulması, asfaltlama və torpaqlama, digər abadlıq-quruculuq işlərinin görülməsi ardıcıllıqla həyata keçiriləcək.

Daha sonra bələdiyyə sədri daha bir neçə layihə barədə danışıb. Qeyd olunub ki, Mingəçevirdə Bələdiyyə küçə ticarətini yığışdırmaq istiqamətində müəyyən tədbirlər həyata keçirəcək. Mingəçevirdə bayraq muzeyinin, eləcə də Mədəniyyət obyektinin təşkili də gündəmə gətirilib. Görüşdə Şəhidlər muzeyinin yenidən tikilməsi, 20 Yanvar abidə  kompleksinin bərpası da nəzərdə tutulub.

 Sonda başçı bildirib ki, Mingəçevir üçün nə yaxşı işlər varsa, hamsı reallaşacaq. Bütün bunlar Prezidentin mingəçevirlilərə olan diqqət və qayğısının təzahürüdür.

Esmira Hidayətova, Mingəçevir.