Başçı şəhid ailələri ilə görüş keçirib

0
135

Mingəçevir şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb.

Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Nizami Təhməzov da bu diqqətdən söz açıb. Daha sonra şəhid ailələrinin nümayəndələri çıxış ediblər. Onlar şəhid ailələrini narahat edən bəzi problemlərdən də danışıblar.

Onları dinləyən icra başçısı bildirib ki, bizim bütün problemlərdən xəbərimiz var: “Gələn ildən Mingəçevirdə “Azərxalça”filialı fəaliyyətə başlayacaq. Artıq tikinti üçün yer də ayrılıb. Bundan başqa Sənaye Parkının növbəti tikinti mərhələsi nəzərdə tutulub. Bu da yeni iş yerlərinin yaradılmasına şərit yaradacaq. Mingəçevirdə bir çox yeni layihələr reallaşacaq. Ümumiyyətlə, bu şəhər üçün əlimizdən gələni etməyə çalışacağıq. Bu, Prezidentimizin tövsiyyəsidir”.

 

Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi şəhid ailələrinin  sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi, Mingəçevir şəhərində bu istiqamətdə görülən və nəzərdə tutulan işlərin müzakirəsi idi.

Esmira Hidayətova, Mingəçevir