Akif Hacıyev “İlin rektoru” seçildi

0
186

İCMAL.az Analitik Təhlil Saytı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilati dəstəyi ilə daha bir maraqlı sorğuya start verilmişdi. Sorğu fəal rektoru müəyyən etmək məqsədi daşıyırdı. Bu nominasiyanın qalibi Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev olub. Bu gün bu münasibətlə universitetin akt zalında təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan universitetin  Təşkilat komitəsinin sədri, dosent  Esmira Cəfərova bildirib ki, bugünkü təqdimetmə mərasimi çox gözəl günə təsadüf edir: ”Bu gün cənab Presidentimizin doğum günüdür. Fürsətdən istifadə edib biz də bütün professor, müəllim və tələbələr adından Prezidentimizi təbrik edirik. Bu gün universitetimiz daha bir sevinici yaşayır. Rektorumuz Akif Hacıyev “İlin rektoru” nominasiyasının qalibi olub. Bu münasibətlə rektorumuzu təbrik edirik”.

Daha sonra  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası  İctimai Birliyinin sədri Səbuhi Abbasov çıxış edərək  sorğunun sırf maarifləndirici xarakter daşıdığını bildirib: “Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmişik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir”.

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.az saytında həyata keçirilib. Bu sorğu 2-3 ildən bir keçirilir. Sorğuda 10 minə yaxın vətəndaş səs verdi. Bunların içərisində 3 minə yaxını Mingəçevir Dövlət Universitetinə səs verdi.Bu münasibətlə  qalib rektora “İLİN REKTORU” diplomu, “İLİN REKTORU” medalı və rəsmi məktub təqdim edirik. Qeyd edim ki, sonuncu dəfə “İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva seçilmişdir”.

Bu münasibətlə çıxış edən Akif Hacıyev öz minnətdarlığını bildirib və bunu universitetin uğuru kimi qiymətləndirib.

Esmira Hidayətova, Mingəçevir