Sığorta bazarının yarıdan çoxu 5 şirkətin payına düşür

0
287
Cari ilin yanvar-avqust aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib. 
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu ilin yanvar-avqust aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Şirkət ilk 8 ayda 35 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Azərsığorta” DSKŞ-nin yığımları 28,4 milyon manat, “Atəşgah Həyat” şirkətinin yığımları isə 28,2 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Paşa Həyat” (27,9 milyon manat) və “AzSığorta” (24,4 milyon manat) şirkətləri tamamlayır, Ümumilikdə, bazarın təxminən 51%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (581 min manat), “Era-Trans” (365 min manat), “Azərqarant” (323 min manat), “Günay Sığorta” (135 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,45 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 10-da sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 5 şirkətdə 5-10 milyon manat arasında, 7 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə 1 milyon manatdan aşağıdır.

Sığorta ödənişlərinin həcminə görə də lider “Atəşgah Həyat” sığorta şirkətidir – 17,9 milyon manat. Ödənişlərin həcminə görə sonrakı yerləri “Paşa Sığorta” (17,4 milyon manat), “Atəşgah” (9,6 milyon manat), “Azərsığorta” DSKŞ (8,8 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (7,3 milyon manat), “Azsığorta” (6,5 milyon manat) və “AXA MBASK” (6,4 milyon manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 74 milyon manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 72%-i qədərdir.

Ən az ödəniş edən şirkətlər isə “Era Trans” (231,7 min manat), “Azərqarant” (47,4 min manat), “Günay Sığorta” (63 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (340 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 350 min manat olub ki, bu da ümumi ödənişlərin 0,3%-ni təşkil edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here