Başçı problemlərdən danışdı

0
87

”Şəhərin daxili nəqliyyat hərəkəti tənzimlənməlidir”. Bu sözləri bu gün Mingəçevir  şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müxtəlif sahələr üzrə  şəhər sakinlərinə xidmət edən idarələrin rəhbərləri ilə görüş zamanı bildirib.  Başçı xidməti rəhbərlərə öz tapşırıq və tövsiyyələrini verib. İlham İsmayılov  qeyd edib ki, biz əhaliyə dayanıqlı, keyfiyyətli, normal xidmət göstərməliyik: “Bu cənab Prezidentin  birinci dərəcəli tapşırığıdır. Şəhərdə müxtəlif sahələr üzrə xeyli işlər görülüb. Parklar, xiyabanlar salınıb və bu işlər davamlı olacaq. Lakin buna baxmayaraq, problemlər qalmaqdadır. Belə ki, şəhərin su –kanalizasiya xətlərində aparılan işlər hələ başa çatmayıb. Podaratçı təşkilatlar işlərinə məsuliyyətlə yanaşmalıdılar. Əgər qaz, iışq su idarələri qəza ilə bağlı qazın, suyun, işığın verilişini dayandırarsa, əvvəlcədən əhaliyə xəbərdarlıq edilməlidir. Qış fəsli olduğundan  kommunal xidmətlərdə yaranan fasilələr aradan qaldırılsın.   Şəhərdə aparılan qazıntı işləri insanlar üçün problemlər yaradır. Dərhal bu kimi problemlərin qarşısı alınmalıdır. Şəhərin bazar ətrafında nəqliyyatın vəziyyəti bərbad vəziyyətdədir. Şəhərin taksi xidməti , 8 saylı xətt  üzrə hərəkət edən marşurutları normal işləmir.  Bunlar həm ekologiyaya, həm də yol infrasturukturuna ziyan vururlar. Nəqliyyat, ekologiya, yol polisi rəhbərləri bu yaranan probelimi aradan qaldırsınlar. Şəhərdə sahibsiz itlər zərərsizləşdirilsin. Hər biriniz tutduğunuz vəzifənin məsuliyyətini dərk edərək yaranan problemi gizlətməyin. Əgər sizin mərkəzi qurumla probleminiz olarsa bizə bildirin. Şəhərin yaşşılığı qorunmalıdır. Şəhərin suvarılma suyu ilə bağlı işlər görülür. Yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq”.

Görüşdə kommunal idmət rəhbərləri də onları narahat edən problemlərdən söz açıblar. Aradan qaldırılması həlli vacib olan məsələlərə aydınlıq gətirilib.

Sonda başçı bir daha öz tapşırıq və tövsiyyələrini bildirib və qeyd edib ki, bu sayaq görüşlər davamlı olacaq.

Esmira Hidayətova, Mingəçevir