Mingəçevirin icra başçısı gənclərlə də görüşüb

0
248

Mingəçevir şəhərinin yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun dekabrın 21-də Gənclər Evində gənclərlə görüşü keçirilib. Görüşdə şəhərin ictimai-siyasi və sosial-mədəni həyatında faəllıqları ilə seçilən yüzə yaxın gənc iştirak edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı gənclər siyasətinin əhəmiyyətindən söz açan İlham İsmayılov Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün ölkə prezidentinin xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Səmimi şəraitdə keçən görüşdə şəhər gəncləri onları narahat edən problemləri dilə gətirməklə yanaşı müxtəlif təkliflər də irəli sürüblər. İlham İsmayılov bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıq verib, digər təkliflərin nəzərə alınacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir.