“Region gənclərinin sahibkarlıq məktəbi” layihəsinə başlanılıb

0
207


  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə  “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsinin təlimlərinə başlayıb. “Mingəçevir Gənclər Evi” Sosial XidmətMüəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihədə Mingəçevirdə yaşayanvə şəhərin  ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan gəncləriştirak ediblər. Təlimin ilk günündə “İşıqlı Gələcək” GİB-in  icraçıdirektoru və  layihə rəhbəri Rəşad Qurbanov gənclərə layihə haqqındaməlumat verib.

R.Qurbanov iştirakçılar arasında  iqtisadiyyat sahəsində təhsil alan gənclərlə yanaşı, humanitar və digər sahələr üzrə təhsil alan gənclərin iştirak etməsinin layihənin uğurlu keçəcəyinə olan inamdan irəli gəldiyini vurğulayıb. O, həmçinin gənclərin ilkin iqtisadi biliklərə yiyələnməsi, sahibkarlıq və biznes sahəsində müxtəlif məlumatlar alması, onların sahibkarlıq (start-up) fəaliyyəti ilə məşğul olmaları sahəsində ciddi çatışmazlıqların olduğunu nəzərə alaraq belə bir layihənin keçirilməsini məqsədəuyğun hesab etdiklərini qeyd edib.

Layihə çərçivəsində gənclərmüasir iqtisadi terminlər və nəzəriyyələr haqqında məlumatlandırılacaq, biznesplanın hazırlanması metodologiyasını öyrənəcəklər. Mingəçevir şəhərindən vəətraf rayonlardan olan region gənclərini bir araya gətirməklə onların ilkin iqtisadi biliklərinin artırılması və sahibkarlıq fəaliyyəti haqqındaməlumatlandırılması yolu ilə onların müxtəlif istiqamətlərdə inkişaflarına dəstək olmaq, sahibkarlığın region gəncləri arasında təşviqolunması, gənclərdə layihələndirmə bacarıqlarının inkişaf etdirilməsi, kiçik vəorta sahibkarlıqla məşğul olmaq istəyən gənclərə təlimlərin keçirilməsi layihənin əsas məqsədini təşkil edir.

Eyni zamanda layihə iştirakçıları üçün komandalarla işin aparılması, biznes planın hazırlanması metodologiyası, SWOT təhlilin aparılması qaydaları, məqsəd və vəzifələrin müəyyən edilməsi  kimi mövzularda məlumatlar veriləcək. Göstərilən mövzulardan əlavə olaraq layihədə gənclərə sahibkarlıq fəaliyyətinin hüquqi təşkili qaydaları haqqında informasiya veriləcək.

Təlimlərdə fərqlənən gənclərə “İşıqlı Gələcək” GİB tərəfindən sertifikat təqdim ediləcək.

Esmira Hidayətova, Mingəçevir