“Səhvini etiraf etmək insanı alçaltmaz, ucaldar”

0
269

“Ailəm” jurnalının redaktoru Aydın Ucal: “Hər bir insan səhv edə bilər, amma əsas məsələ onu başa düşüb düzəltməkdir”. “Ailəm” jurnalının redaktoru bu fikirdədir ki, əgər başqalarının sizi tənqid etməsini, yaxud da sizə pis söz deməsini istəmirsinizsə, həmişə tənqidə açıq olmalı, doğru sözü qəbul etməlisiniz. Münasibətlərin təbii, səmimi olmasını əsas tutmalı, qarşımızdakının kimliyindən asılı olmayaraq, səhvimizi etiraf etməyi bacarmalıyıq. Səhvini etiraf etmək insanı alçaltmaz, ucaldar.

“Hazırda ölkəmizdə 2 milyon ailə var. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır”. Bu sözləri Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib. Məlumat üçün bildirək ki, Azərbaycanda hər il orta hesabla ölkədə 80 mindən çox nikah qeydə alınır. Nikahların sayının çox olması nə qədər sevindiricidirsə, boşanmaların sayının çoxalması da qanqaraldıcıdır.

Günümüzdə ailələrin dağılmasının əsas səbəblərindən biri də tərəflərin bir-birinə güzəştə getmək istəməməsidir. “Ailəm” jurnalının redaktoru Aydın Ucal deyir ki, hər bir insan səhv edə bilər, amma əsas məsələ onu başa düşüb düzəltməkdir. “Ailəm” jurnalının redaktoru bu fikirdədir ki, əgər başqalarının sizi tənqid etməsini, yaxud da sizə pis söz deməsini istəmirsinizsə, həmişə tənqidə açıq olmalı, doğru sözü qəbul etməlisiniz: “Ailə münasibətləri hər birimiz üçün vazkeçilməz amildir. Səhvini etiraf etmək insanı alçaltmaz, ucaldar. Dediyimiz kimi, bu davranışın ən böyük qazancı da odur ki, səhvlərdən təmizlənirsən. Səhviniz varsa, tənqidə hazır olun, onu etiraf etməyi bacarın. Lazım gəlsə, qarşı tərəfdən üzr də istəyin, lap övladınız olsa belə. İnanın ki, xeyrini görəcəksiniz”…

Qəzetimizin ötən sayında “66 il bir yerdə yaşayan “qızıl cütlük”: “Ailədə birinci qayda qarşılıqlı hörmətdir” adlı yazı dərc olunmuşdu. Həm Beynəlxalq Ailə Gününü, həm də sözügedən mövzunun maraqla qarşılanmasını nəzərə alıb, mövzumuzu davam etdirmək qərarına gəldik. Həmin yazımızın qəhrəmanı Şükufə Yusifovadan bir sitat gətirməklə mövzumuza keçmək istərdik. Ş. Yusifova deyir: “İndiki dövrdə ailələr arasında bir narazılıq yaranan kimi, ilk sözləri “boşanırıq” olur. Amma gərək bu sözü heç zarafatla da olsa, dilinizə gətirməyəsiniz. İndi elə söz-söhbətlər eşidirik ki, hərdən indiki gənclərin halına çox acıyırıq. Hətta bir və ya iki uşaqla da boşananlar var. Bu hallar da uşaqların tərbiyəsinə, psixologiyasına çox pis təsir edir”.

Ailənin başçısı 87 yaşlı Şəmistan Yusifov isə: “Ailədə birinci qayda qarşılıqlı hörmətdir. Ailədə nə qədər problem olsa da, tərəflər bir-birinə qarşılıqlı hörməti əsirgəməməlidirlər. Söz-söhbətsiz ailə olmur, bəzən kiçik bir söz də böyüyərək problem yaradır. Bax, gərək bu kiçik sözləri böyüməyə qoymayasan, 66 illik ailə həyatımızda olub belə xırdalıqlar, amma mənim həyat yoldaşım da ailəyə qarşı güzəştə getməyi bacaran qadındır”.

Bu insanların dediklərindən də göründüyü kimi, günümüzdə ailələrin dağılmasının əsas səbəblərindən biri də tərəflərin bir-birilərinə güzəştə getmək istəməməsidir. Halbuki sözsüz, söhbətsiz, narazılığın baş vermədiyi ailə, demək olar ki, yoxdur. Sadəcə, bir var, problemi şişirdib iki nəsli bir-birinə vurasan, bir də qarşılıqlı anlayışla, başa salmaqla birgə çıxış yolu axtarıb, həll edəsən.

“Hamıdan əvvəl

öz səhvimizi başa düşək”

Mövzu ilə bağlı açıqlama verən “Ailəm” jurnalının redaktoru Aydın Ucal dedi ki, hər bir insan səhv edə bilər, amma əsas məsələ onu başa düşüb düzəltməkdir: “Ailədə böyüyən uşaq çox şeyi valideynindən öyrənir. Çünki valideyn uşaq üçün ölçüdür, meyardır”. Aydın Ucal deyir ki, valideynlərlə bağlı epizodların böyük əksəriyyəti uşağın yaddaşına silinməz izlərlə həkk olunur və uşaq bu gün də olmasa, nə vaxtsa, həmin epizodu xatırlayıb valideyninin davranışına həqiqi qiymətini verir: “Siz uşağa hansı qiyməti versəniz, onu necə qəbul etsəniz, uşaq da sizə o cür qiymət verəcək, sizi o cür qəbul edəcək. Bəzən bir səhvimiz olur və elə o anda da “üzümüzə vurulur”. Əslində bu cür məqamlarda təmkinli davranmaq, iradları səmimi qarşılamaq lazımdır. “Nazı keçdiyi” üçün bəzən uşaq ən kiçik səhvi belə ən sərt şəkildə valideyninin üzünə vurur. Ancaq valideyn (bayaq da dediyimiz kimi) hisslərini üzə vurmur və səbirli davranır. Əslində belə hallarda ən yaxşısı odur ki, öz səhvimizi hamıdan əvvəl özümüz başa düşək və üzr istəyək”.

Aydın Ucal deyir ki, ailədə tərəflər bir-birilərindən üzr istəyə bildikləri kimi, səhvimiz olduqda hətta bunu uşaqlarımıza qarşı da edə bilərik: “Valideynin uşaqdan üzr istəməsi ilk baxışdan bir qədər qəribə görünə bilər. Ancaq nəticə etibarilə bu, ailədə çox mühüm tərbiyə vasitəsidir. Bir tərəfdən, uşaq təvazökarlıqla tanış olur, yəni səhvini etiraf etməyi öyrənir, bir tərəfdən də, üzr istəməyin bir ləyaqət, bir səviyyə olduğunu dərk edir. Təbii ki, valideyn üzr istədiyi təqdirdə, ən çox “utanan” da elə uşaq olur. Ancaq burada ən çox “utanan” uşaq olduğu kimi, ən çox qazanan da uşaqdır”.

“Səhviniz varsa,

tənqidə hazır olun”

“Ailəm” jurnalının redaktoru bu fikirdədir ki, əgər başqalarının sizi tənqid etməsini, yaxud da sizə pis söz deməsini istəmirsinizsə, həmişə tənqidə açıq olmalı, doğru sözü qəbul etməlisiniz: “Təbii ki, ailə münasibətləri hər birimiz üçün vazkeçilməz amildir. İstər həyat yoldaşı ilə, istər uşaqlarla, istərsə də qardaş-bacılarla. Ona görə də bu münasibətlərin təbii, səmimi olmasını əsas tutmalı, qarşımızdakının kimliyindən asılı olmayaraq, səhvimizi etiraf etməyi bacarmalıyıq. Səhvini etiraf etmək insanı alçaltmaz, ucaldar. Dediyimiz kimi, bu davranışın ən böyük qazancı da odur ki, səhvlərdən təmizlənirsən. Səhviniz varsa, tənqidə hazır olun, onu etiraf etməyi bacarın. Lazım gəlsə, qarşı tərəfdən üzr də istəyin, lap övladınız olsa belə. İnanın ki, xeyrini görəcəksiniz”…

“Uduzmamaq” üçün

edib uduzmaq…

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmasına görə, hazırda ölkəmizdə dağılan ailələrin böyük əksəriyyəti gənc ailələrdir. Yəni qurulmasından 1, 2, 3 il keçən bir çox ailələr imtahandan üzüağ çıxa bilmir. Səbəb də odur ki, evliliyin ilk illərində tərəflər daha “kapriz”li olurlar. Cəmiyyətimizdə isə belə bir yanlış düşüncə var ki, ailənin ilk illərində kişi və ya xanım özünü necə göstərdisə, axıradək də elə davam edəcək. Odur ki, ilk illərdə hər kəs öz “zəhmini” ortaya qoymağa çalışır. Hətta bu içindən gəlməsə belə, “uduzmamaq” üçün bunu edir. Aydın Ucalın sözlərinə görə, istər evlilikdən əvvəl baş verən, istərsə də evlilikdən sonra baş verən problemlər, təbii olaraq, evlilik prosesinə mənfi təsir göstərir:

“Bundan başqa, evliliklə bağlı “kənar müdaxilələr” də tərəflərin bir-birilərindən “uzaqlaşmasına” səbəb olur. Başqa bir məsələ isə eyni problemin təkcə kişilər arasında yox, qadınlar arasında da mövcud olmasıdır. Buna görə də ailədə istənilən bir problemi yaşayan tərəflər hər şeydən əvvəl onun “kökünə çatmalıdırlar”. Başqa sözlə, hər tərəf öz-özünə “Görəsən bu problemin baş verməsinə səbəb nədir?” sualını verməli və cavabını axtarmağa çalışmalıdır. Çünki problemin “doğru həllini” tapmaq üçün, ilk növbədə, problemin “doğru səbəbi” məlum olmalıdır. Əgər bu da mümkün deyilsə, problemdən ən yaxşı çıxış yolu bir mütəxəssisə müraciət etməkdir”.

“Bir-birilərinə dəstək

olmalıdırlar”

“Ailəm” jurnalının redaktoru bu fikirdədir ki, əgər ailədə bir problem meydana gəlibsə, həmin an olmasa da, bir müddət sonra, yəni əsəblər sakitləşəndən sonra bu problemi aradan qaldırmaq üçün ünsiyyətdəki anlaşılmazlığı həll etmək lazımdır: “Problemin dərinləşməməsi üçün, ilk növbədə, tərəflər öz aralarında ünsiyyətin bərpası üçün çalışmalıdırlar. Yəni küsülü qalmaqla heç nə dəyişən deyil. Tərəflər küskünlüyün aradan qaldırılması məsələsində bir-birilərinə dəstək olmalıdırlar, “Hər şeyi qarşı tərəf etməlidir”,-deyə düşünmək də doğru deyil. Olan-olub, keçən-keçibsə, tərəflər nə olursa olsun, bir-birilərini günahlandırmağa çalışmamalıdırlar”…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here