Arıçılıra 1 milyon manata yaxın subsidiya veriləcək

0
85

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda 25 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 3959 arıçıya saxladıqları 92664 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 926640,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:

RayonArıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər)Arı ailələrinin (pətəklərin) sayı (ədəd)Subsidiyanın məbləği (manat)
1Ağstafa87143614360
2Ağsu342612761270
3Göygöl232560056000
4Kəlbəcər143495549550
5Laçın66121412140
6Lerik227421142110
7Lənkəran449359350
8Quba274821182110
9Qusar241569456940
10Xocalı82198219820
11Şəki101647464740
12şəmkir74119911990
13Şuşa44108610860
14Tovuz352518251820
15Xızı40120012000
16Yardımlı134288528850
17Zaqatala81620974209740
18Zərdab518008000
19Daşkəsən86187218720
20Gədəbəy139172117210
21Yevlax131491490
22Bərdə184104100
23Tərtər201349934990
24Astara76179317930
25Xaçmaz76305530550
Yekun:395992664926640

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcək.

Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 8613 arıçya 206479 arı ailəsinə (pətəyə) görə 2 milyon 64 min 790 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.(Trend