5 min erməni gənci axtarışdadır

0
166

Dekabrın 14-də Ermənistan-Gürcüstan sərhədindəki nəzarət buraxılış məntəqəsi qarşısında bir qrup erməni gənc etiraz aksiyası keçirib.

Cavaxkdan olan gənclər Ninotsminda-Bavra məntəqəsi qarşısına toplaşıblar.

Qarlı havada ayağa qalxıb yolu kəsən etirazçılar bəyan ediblər ki, Rusiyadan Ermənistana qayıdan zaman çətin vəziyyətlə üzləşirlər. 27 yaşınadək olan gənlər, hansı ki, onlar ikili vətəndaşlıq daşıyırlar, Rusiyadan geri dönəndən sonra ya orduya getməlidirlər, ya da onarı 5 illik həbs gözləyir. Etiraz aksiyasının iştirakçıları deyib ki, hazırda 5 min erməni gənci axtarışdadır.

Aksiyanın sonunda bildirilib ki, etirazçılar məsələyə aydınlıq gətirmək və suallarına cavab almaq üçün İrəvanda, polis rəisi Valeri Osipyanla görüşəcəklər.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ordudan yayınan gənclərin sayının 5 mindən çox olduğunu demişdi və onları Ermənistana qayıdıb hərbi xidmətə getməyə çağırmışdı. Aprel döyüşlərindən sonra Ermənistan ordusunun komplektləşdirilməsi ilə bağlı ciddi problemlər yaranıb. (musavat.com)