Türkiyəyə satılan İran qazına “Zərrab qiyməti”

0
443
Ötən ilin  dekabr ayının 17-də keçirilən rüşvətə və korrupsiyaya qarşı əməliyyatdan sonra Rza Zərrabla bağlı bəzi faktlar ortaya çıxıb . Məlum olub ki, Türkiyə İrandan qazı ən yüksək qiymətə alıb. Bununla bağlı “Taraf” qəzetinin verdiyi məlumata görə, 2013-cü ildə Türkiyə İrandan aldığı qazın hər min kubmetrinə görə 492 dollar ödədi. Həmin dövrdə Türkiyə Azərbaycandan aldığı qazın hər min kubmetrinə 321, “Mavi axın” qazına görə isə 424 dollar ödəyib. Beləliklə, İran qazı Türkiyəyə ən bahalı olan “Mavi axın”dan 68, Azərbaycan qazından isə 171 dollar artıq qiymətə başa gəlib.
Bu baxımdan Rza Zərrabla bağlı ortaya çıxan rüşvət dosyesi Türkiyəni zəiflətdi. Belə ki, bir çox İran əsilli iş adamları Rza Zərrabla bağlı ortaya çıxan rüşvət faktlarından Türkiyə əleyhinə istifadə etməyə başlayıblar. İranda isə baş verən hadisələrlə bağlı aparılan araşdırmalar zamanı Türkiyəni pis vəziyyətdə qoyan əlavə faktlar müəyyən edilib.

Belə ki, Rza Zərrabın vasitəçiliyi ilə İrandan yüksək qiymətə alınan qaza görə ödənən pullar İran bankına yatırılmayıb.  Hazırda İran gizli kəşfiyyat xidməti bununla bağlı yoxa çoxan 200 milyard dolları axtarmaqdadır. Bu işdə Rza Zərrabla bağlı olan sənədlər də üzə çıxarılıb.  Yeri gəlmişkən xatırladaq ki, “Faynenşl Tayms” qəzeti 2013-cü il 13 iyun tarixli sayında: “İran neftini satıb pulunu dövlət xəzinəsinə keçirməyənlər bunu Qərbə qarşı hiylə kimi qələmə verirlər. Əslində onlar İran hökumətini də aldadıblar”,-deyə yazmışdı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here