Heydər Əliyev şəxsiyyəti Azərbaycanımızı dünyaya tanıtdı

0
84

Mingəçevir şəhər Heydər Əliyev mərkəzində İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Ümumilli lider Heydər Əliyev – tarixi şəxsiyyət, əbədiyaşar lider” adlı elmi-nəzəri konfrans keçirilib. Şəhər İcra Hakimiyyəti səlahiyyətlərini icra edən birinci müavin İlham ismayılovun giriş sözündən sonra  Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra əbədiyaşar liderin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.

Çıxışında İ. İsmayılov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri olduğunu bir daha vurğulayıb.  Bildirib ki, ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan xalqı çox çətinliklərlə qarşılaşmışdı: ”Ölkə iqtisadi cəhətdən böhran içərisində idi. Torpaqlarımız ermənilər tərəfindən işğal olunmuşdu. Belə çətin bir zamanda Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə dəvət edildi. Nəticədə Ulu Öndərin böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı. Üstəlik, daxili və xarici siyasət sahəsində uğurlar əldə olundu. Ən əsası, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız parçalanmaqdan xilas olundu. Öz tarixi xidmətləri nəticəsində Ulu Öndər müstəqilliyimizi qoruyub saxladı. Heydər Əliyev şəxsiyyəti Azərbaycanımızı dünyaya tanıtdı. Odur ki, Azərbaycan xalqı dahi şəxsiyyətin həyatının hər anını daima oyrənməli, onun irsi yaşadılamalı və gələcək nəsillərə çatdırılmalıdı”.

Daha sonra konfransın proqramına uyğun çıxışlar olub.

“Ümummilli lider Heydər Əliyev –dövlətçilik tariximizdə xüsusi xidmətləriolan tarixi şəxsiyyət” mövzusunda YAP Mingəçevir şəhər təşkilatının sədriCavanşir Yusubov, “Heydər Əliyev – yüksək şəxsi keyfiyyətlərə malik görkəmlidövlət xadimi” mövzusunda Mingəçevir Turizm Kollecinin şöbə müdiri GülnarəŞükürova, ”Heydər Əliyev-xilaskar və qurucu lider” mövzusunda “Az.İES “MMC –nindirektoru Təhmasib Hüseynov, ”Müasir Azərbaycan uğurları ulu öndər HeydərƏliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının nəticələridir” mövzusundaisə Mingəçevir Tibb Kollecinin şöbə müdiri çıxış ediblər.

Esmira Hidayətova, Mingəçevir