Xətai Məmmədov: “Reydlərimiz davamlı olacaq”

0
447

Mingəçevirdə yol polisinin keçirdiyi reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb onlardan 70-nə inzibati protokol yazılıb.

 Bu gün şəhərin müxtəlif istqamətlərindəaparılan yoxlama tədbirləri nəticəsində normadan artıq sərnişin daşıyan,sənədləri qaydasında olmayan və digər qayda pozan sürüclər aşkarlanıb.Rayonlararası sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərindənbəziləri saxlanılan zaman etibarnamə olmadan, tibbi müayinədən keçmədən sükan arxasına əyləşdikləri üzə çıxıb. Avtomobil sahibləri reyd zamanı müəyyən vasitələrlə, telofonla danışıb avtomobildən uzaqlaşmaqla, sənədlərininavtomobildə olmadığını deyib bəhanələr gətirməklə məsuliyyətdən yayınmağa cəhd etsələr də, istəklərinə nail ola bilməyiblər.

Reyd zamanı şəhərərazisndə avtomobil yollarında hərəkət edib, təhlükəyə yol açan velsopedçilər dəsaxlanılıb. Onlarla proflaktik söhbətlər aparılıb. Bəzi velosopedçilər şəhərdə onlar üçün yol olmadığını bildirib, özlərinə haqq qazandırmağa çalışsalar da,polisin iradları ilə razılaşanlar üstünlük təşkil edib.

Davam edən yoxlama tədbirləri zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən,avtomobildə müəyyən dəyişikliklər edən və digər qayda pozan sürüclər haqqındada müvafiq tədbirlər görülüb.  Mingəçevirşəhər Polis Şöbəsinin Yol Polis bölməsinin inspektoru Xətai Məmmədov bildiribki, reyd zamanı nəzərə çarpan velsopedçilərlə proflaktik söhbətlər aparılıb vəonlar maarifləndirilib. Bu kimi reydlərimiz davamlı olacaq.

Esmira Hidayətova, Mingəçevir