Millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə xitam verildi

0
7

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.İcraiyyə Komitəsi milli komandada fəaliyyətinə görə Qurban Qurbanova təşəkkür etdi.

 2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin. 

3. Lisenziya iddiaçısı olan klublar “Maliyyə məlumatları”nda “Xərclər”lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə “Digər xərclər” kimi göstərilməlidir. “Gəlirlər”lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdır. 

4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:Hakimlər komitəsinin sədriFritz Ştuxlik ÜzvlərVüsal ƏliyevÖmər PaşayevAnar SalmanovElçin Məmmədov Departament rəhbəriCavid Cəlilov ƏməkdaşlarAkif ƏmirəliCeyhun HaşımovƏliyar AğayevOrxan MəmmədovŞahin Cəfərov Fitnes məşqçiNamiq Quliyev 

5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.