“Mingəçevir Gənclər Evi” Ağdaşın Qəribli kəndində təlim keçirib

0
44

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin “Səyyar Gənclər Evi: Səyyar təlim” layihəsi Ağdaş rayonunun Qəribli kəndində həyata keçirilib.

Layihənin proqramına uyğun olaraq ilk öncə təqdimat  baş tutub. Təqdimatda Ağdaş rayon Təhsil Şöbəsinin, Ağdaş rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak ediblər.

Daha sonra gənclərin maraqlarına uyğun olaraq 4 istiqamət üzrə təlimlər və yarışlar baş tutub. İlk təlim istiqaməti “Motivasiya, Natiqlik və Liderlik” olub. Gənclərə istiqamət üzrə lazımi biliklər verilib, həmçinin iştirakçılar arasında   müxtəlif oyunlar keçirilib. Digər istiqamətlər  isə “Könüllülük”, “İntellektualinkişaf” və “Məntiqin inkişafı” olub. “Könüllülülk” istiqaməti üzrə keçirilən təlim zamanı iştirakçılara könüllü olmağın üstünlükləri, könüllü təcrübəsinin əhəmiyyəti haqqında dəyərli məlumatlar verilib. “İntellektual inkişaf ”istiqaməti üzrə keçirilən yarışlarda isə yuxarı siniflərdə təhsil alan gənclər  arasında NHN və Breyn ring formatında intellektual yarışlar keçirilib. “Məntiqi inkişaf” təlimində gənclərə məntiqi düşünmə qabiliyyətinin inkişafı ilə bağlı geniş məlumat verilib.

 

Təlimdən sonra iştirakçıların keçirilən materialları mənimsəmə  səviyyəsini yoxlamaq üçün test tapşırıqları paylanıb.

Təlim və yarışların sonunda ən fəal iştirakçılara Mingəçevir Gənclər Evi tərəfindən sertifikatlar və hədiyyələr təqdim edilib. İştirakçılar isə öz növbələrində “Gənclər Evinə məktub” layihəsi çərçivəsində Mingəçevir  Gənclər Evinə öz təkliflərini  və  minnətdarlıqlarını  yazılı şəkildə  bildiriblər.

“Səyyar  Gənclər Evi: Səyyar  təlim” layisəsi  yaxın  zamanlarda digər rayon və kəndlərdə reallaşdırılacaq.

Qeyd edək ki, bundan əvvəliki  Səyyar  təlim  layihəsi   Mingəçevirin  müxtəlif   ərazilərində   təşkil  edilib.

Esmira Hidayətova, Mingəçevir