İrəvan teatrı bölgələrə gedir

0
11

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola yollanır.

Teatrdan bildirilib ki, kollektiv dekabrın 7-dən 19-dək şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə Quba, Sabirabad, Laçın (Taxtakörpü), İmişli və Samux rayonlarında qastrol səfərində olacaq.

Teatr dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günündə İftixarın “Qalx ayağa, Azərbaycan” tamaşasını Balakəndə təqdim edəcək.