“Məqsədimiz Sumqayıt teatrının şöhrətini qaytarmaqdır”

0
656

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə bu ilin mart ayında Sumqayıt Dövlət Musiqili Dram Teatrına İslam Həsənov direktor təyin olunub. Bu günlərdə İslam müəllimlə görüşüb, bizi maraqlandıran bir neçə sualla ona müraciət etdik. Qeyd edək ki, İslam Həsənov Nəcəf bəy Vəzirov adına

Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edirdi.

– İslam müəllim, Sumqayıt teatrına direktor kimi təyinatınızı necə qarşıladınız?

– Sözün düzü, bu xəbəri eşidəndə çox sevindim. Sevindim ona görə ki, ölkəmizdə sayılıb-seçilən və çox sevdiyim sənət məbədlərindən birində fəaliyyətimi davam etdirəcəyəm.

– Kollektivə uyğunlaşmaq çətin olmadı ki?

– Yox. Əvvəla, ona görə ki, hələ Teatr Xadimləri İttifaqında işləyəndə digər teatrlarla, o cümlədən bu sənət məbədi ilə də mütəmadi əlaqə saxlayar, burada nümayiş olunan tamaşalara baxmağa gələrdim. Yeri gəlmişkən, sizə bir “sirr” də açım. Hazırda Sumqayıt Teatrında çalışan aktyorların, demək olar ki, 70 faizi mənim tələbə yoldaşlarımdır. Bu mənada kollektivə uyğunlaşmağım əsla çətin olmadı. Kollektiv də məni çox yaxşı qəbul etdi. Bir sözlə, maraqlı və istedadlı aktyorları, eləcə də rejissorları olan bu teatrda hazırda əsl yaradıcılıq atmosferi formalaşıb.

is1– Bir müddət Lənkəran Dövlət Dram Teatrında çalışmış İslam müəllimi Sumqayıt Dövlət Musiqili Dram Teatrının çətinlikləri qorxutmur ki?

– Harada olmağımdan asılı olmayaraq, mən öz işimi görürəm və bunun öhdəsindən yüksək səviyyədə gəlməyə çalışıram. Burada da öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam. Unutmayın ki, artıq mənim bu sahədə kifayət qədər təcrübəm var. O ki qaldı konkret sualınıza… Mən işdən qorxan deyiləm. Əksinə, elə çalışacağam ki, Sumqayıt Dövlət Dram Teatrının səs-sorağı respublikamızın hüdudlarından kənarda daha tez-tez eşidiləcək. Artıq bu istiqamətdə də işimizi qurmağa çalışırıq. Yeri gəlmişkən, bir faktı xatırladım. 1981-ci ildə Moskva şəhərində keçirilən “Ümumittifaq teatr festivalı” nda Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərinin tamaşası ilə çıxış edən Sumqayıt teatrı festivalın II dərəcəli diplomuna, N. Nərimanovun obrazını canlandıran Xalq artisti Məlik Dadaşov isə I dərəcəli diploma layiq görülüb. O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq teatrın kollektivini təbrik edib. K. Bokaryevin “Poladəridənlər” əsəri də kollektivə müvəffəqiyyət qazandırıb. Qeyd edək ki, hər iki əsəri o vaxtlar gənc olan, hazırda Xalq artisti Mərahim Fərzəlibəyov tamaşaya hazırlamışdı.

– Yəni məqsədiniz bu teatrın şöhrətini qaytarmaqdır?

– Şübhəsiz… Özü də yalnız keçmiş MDB məkanında yox.

– Bu teatrın hansı problemləri var?

– 45 yaşlı Sumqayıt Dövlət Musiqili Dram Teatrının müəyyən problemləri var. Ən ümdə məsələ teatrda axşam seanslarını bərpa etmək idi. Artıq bu sahədə fəaliyyətə başlamışıq. Yəni, əgər belə demək mümkünsə, axşamlar da bu teatrın işıqları yanır. İndi texniki imkanlarımızı genişləndirməyə çalışırıq. Bu məsələni də mövsümün sonuna kimi həll etməliyik ki, növbəti mövsümdən xarici ölkələrin teatrları ilə işbirliyi qura bilək. Yenə deyirəm, məqsədim bu teatrın inkişafına nail olmaqdır.

“Deyirlər ki…”

– İslam müəllim, deyirlər, H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının adından “musiqili” sözü çıxarılacaq.

– Elədir. Bu yaxınlarda biz özümüzü Sumqayıt Dövlət Dram Teatrı adı ilə tamaşaçılara təqdim edəcəyik. Bununla bağlı Nazirlər Kabinetinin qərarını gözləyirik.

– Belə olan halda, teatrın strukturunda dəyişikliklər olacaqmı?

– Təbii ki, teatrın strukturunda, ştat cədvəlində müəyyən dəyişiklər gözlənilir…

– Teatrın adının dəyişdirilməsi bu sənət ocağına geniş yaradıcılıq imkanları verəcək?

– Zənnimcə, bu günün prizmasından yanaşanda, teatrı bir ampluada məhdudlaşdırmaq doğru deyil. Bu mənada teatrımız müəyyən bir çərçivədən çıxmış olacaq. Unutmayın ki, eyni janrda tamaşalar həm tamaşaçını, həm də elə yaradıcı kollektivi bir növ yorur. Bir də nə gizlədək, çoxdan idi ki, teatr bu missiyanı tam yerinə yetirə bilmirdi… Bununla bağlı Bədii Şurada baş rejissor və aktyorlarla müzakirələrimiz olub. Yalnız onu deyə bilərəm ki, yeni mövsümdən maraqlı tamaşalarla repertuarımız zənginləşəcək.

– Bəs hazırda teatrda hansı tamaşalar üzərində iş gedir?

– Jan Anuyun “Antiqona”, Raffi Şartın “Arvadımın adı Marisdir”, türk yazarı Əziz Nesinin “Öldür məni, can-ciyər”, Əhməd Orucun “Açarı itirənlər” əsərləri üzərində iş davam etdirilir.

– Səhv etmirəmsə, Lənkəran teatrının Kutaisi Gənclər Teatrı, Türkmənistan Akademik Teatrı ilə əlaqələri var idi… Bu əlaqələr burada da davam etdiriləcəkmi?

– Əlbəttə… Unutmayın ki, bu və ya digər teatrın əlaqələri nə qədər geniş olsa, onun sədası daha uzaqlardan gələr.

– Lənkəran teatrında çalışarkən belə bir fikir demişdiniz: “Təvazökarlıqdan uzaq çıxmasın, başqa teatrlar bu və ya digər ölkələrə can atırlar, bizi isə dəvət edirlər. Bu, təbii ki, artıq nailiyyətdir”. Burada da buna nail olacaqsınız?

– Artıq bu sahədə teatrımızın marşrutları bəllidir. Belə ki, may ayının sonu, iyunun əvvəlində Con Patrikin əsəri əsasında hazırlanmış “Qocanı öldürməliyik” tamaşası ilə Kutaisi şəhərinə gedəcəyik. Bolqarıstan“Gülüş və göz yaşı” adlı teatrda isə teatrımızın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi “Müsyo Jordan və Dərviş Məstəli şah”ı ilə peyda olacağıq. Yeri gəlmişkən, bu əsər həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması nöqteyi-nəzərindən çox önəmlidir. Digər tərəfdən, bu komediyada avropalının vətənimizə baxış nöqtəsi var. Eyni zamanda milli adət-ənənələrmiz, milli geyimimiz, muğamımız təbliğ olunur. Türkiyənin Ərzurum və Trabzon teatrlarına da dəvətliyik. Zənnimcə, belə səfərlər aktyorları daha məhsuldar, səmərəli işləməyə sövq edir, onların yaradıcılığına stimul verir.

– Bəlkə sizə məxsus ideyadan, yəni “Bir tamaşanın festivalı”ndan danışaq?

– Bu tamaşa layihəsi 5 ölkənin – Azərbaycan, Makedoniya, Bolqarıstan, Türkiyə və Gürcüstanın bölgə teatrlarını birləşdirir. Həmin ölkələrin teatrları ayrılıqda eyni əsəri öz yozumlarına uyğun hazırlayırlar. Beş teatrın hazırladığı əsər “Mühacirlər”dir. Tamaşa beş ölkədə hazırlanacaq və sonda “Bir tamaşanın festivalı” adı altında həmin ölkələrdə nümayiş etdiriləcək. Layihə ilə bağlı adlarını çəkdiyim ölkələrdə səfərlərdə olacağıq. Bizim bu ideyamız ( bu ideya İslam Həsənova məxsusdur – Q. M) Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Onu da deyim ki, indiyədək ölkəmizdə belə bir festival təşkil olunmayıb. Biz bunu növbəti mövsümdə reallaşdırmaq niyyətindəyik. Məlumat üçün bildirim ki, ötən əsrin 70-ci illərinin əvvəllərində yazılmış “Mühacirlər” pyesi məşhur polyak dramaturqu Slovomir Mrojekin yaradıcılığında xüsusi yer tutur. Əsər bir növ avtobioqrafikdir və onun digər pyeslərindən fərqlənir. Pyesdə cəmi iki personajın iştirakına baxmayaraq, müəllifin özü də açıq-aydın iştirak edir. Pyesin süjet xəttini yad ölkədə iki əcnəbinin Yeni il gecəsini keçirməsi təşkil edir.

Bundan əlavə, Bolqarıstan teatrı ilə yaradıcılıq mübadiləsi edəcəyik. Bolqar teatr mütəxəssisləri bizdə, biz isə onların səhnəsində tamaşa göstərəcəyik. Eyni zamanda Makedoniya və Türkiyə ilə bağlı planlarımız var. Ukraynanın Odessa Dövlət Dram Teatrı ilə, Qazaxıstan, Almaniya teatrları ilə ünsiyyət qurmuşuq. Almaniyanın Münhen şəhərinin dövlət teatrı ilə əlaqələr qurmuşuq. Planlaşdırırıq ki, Almaniyadan Sumqayıt teatrına rejissor dəvət edək. Bunlar birtərəfli mübadilə olmayacaq. Belə ki, bizim rejissorlarımız da həmin ölkələrdə tamaşa hazırlayacaqlar. Yəni onlarla qarşılıqlı əlaqələr nəzərdə tutulub. Yeri gəlmişkən, biz burada bir yaradıcılıq laboratoriyası da təşkil etmək fikrindəyik. Belə ki, burada müəyyən əsərlər müxtəlif versiyalarla tamaşaya qoyulacaq. Bura sonuncu kursda oxuyan rejissorları dəvət etmək niyyətindəyəm.

“Otello” da olacaq”

– Daha hansı yeniliyə imza atmaq fikriniz var?

– Bolqar rejissor Sumqayıt Dövlət Dram Teatrında “Otello”nu səhnələşdirəcək. Artıq tamaşanın ssenarisi əlimizdədir. Hazırda bu tamaşa kollektivimizin gündəmindədir. Onu da deyim ki, “Otello” tam halda ölkəmizdə 1936-cı ildə oynanılıb. Monotamaşa formasında isə Kamera Teatrında oynanılıb. “Əli və Nino”nu isə Gürcüstandan dəvət edəcəyimiz rejissor səhnələşdirəcək.

– Yeri gəlmişkən, həmin tamaşada Otello kimə həvalə olunacaq?

– O rolu teatrımızın aktyoru, Əməkdar artist Namis Şirməmmədov oynayacaq. Onu da deyim ki, o, çox maraqlı aktyordur. Onunla bağlı bir faktı xatırladım. O, H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının görkəmli yazıçı-dramaturq, publisist Aqşin Babayevin “Xilaskar” əsəri əsasında hazırladığı tamaşada ulu öndər Heydər Əliyevin obrazını da canlandırıb. Onun digər rolları ilə də tanış olan bir şəxs kimi deyə bilərəm ki, o, artıq Otello üçün də yetişib. Güman edirəm ki, tələbkar tamaşaçı onu bu rolda görmək arzusundadır. Mən teatrımızın digər aktyorlarının da imkanlarını yüksək dəyərləndirirəm. Hərdən mənə elə gəlir ki, bu teatrın aktyorlarının potensial imkanları hələ tam sərgilənməyib. Məqsədim həm də onların potensial imkanlarını üzə çıxarmaqdır.

“Güman edirəm ki…”

– Bəzən Sumqayıt teatrını Bakı teatrlarının bazası adlandırırlar. Ağakişi Kazımov, Cənnət Səlimova, Mərahim Fərzəlibəyov kimi rejissorlar, Əlağa Ağayev, Barat Şəkinskaya, Kübrabəyim Əliyeva, Afaq Bəşirqızı, Hacı İsmayılov, Kazım Abdullayev, Hicran Mehbalıyeva kimi aktyorlar burada yetişiblər… Hazırda fəaliyyət göstərən həmin rejissor və aktyorların iştirakı ilə tamaşa hazırlamaq fikriniz varmı?

– Bizim belə bir layihə üzərində işləmək fikrimiz var… İnşallah, güman edirəm ki, bunu nə vaxtsa reallaşdıra biləcəyik.

– İslam müəllim, Sumqayıt teatrının səhnəsində sizi aktyor kimi görə biləcəyikmi? Yeri gəlmişkən, onu da xatırladım ki, tanınmış aktyor Hacıbaba Bağırov direktoru olduğu teatrda həm də rollar ifa edərdi…

– Mən Lənkəran teatrında bir neçə tamaşaya – “Ezop”a, “Herostatı unudun”a, “Sezarın qətli”nə, “Lənkəran xanının vəziri”nə, “Açar itirənlər”ə quruluş vermişəm. Bu mənada bu sahədə müəyyən təcrübəm var. Burada da bir neçə tamaşaya quruluş vermək niyyətindəyəm. Təbii ki, teatrımızın baş rejissoru Firudin Məhərrəmov icazə versə… Ancaq aktyor kimi hələ planımda heç nə yoxdur. Bilirsinizmi niyə? Mən uzun müddətdir ki, səhnəyə çıxmıram. Bu mənada aktyor vərdişlərini qoruyub saxlaya bilməmişəm. Məsələn, yaddaşımda müəyyən problemlər var… Digər tərəfdən, burada buna, hələlik, heç ehtiyac da yoxdur. Amma lazım olsa, burada fəhləlik də etməyə hazıram.

– Bəs tamaşaçı auditoriyası barədə nə deyə bilərsiniz?

– Mənim fikrimcə, indi tamaşaçı kontingentini başqa cür formalaşdırmaq lazımdır. İndi əvvəlki qaydalarla işləmək mümkün deyil. Bu gün tamaşaçı toplamaq üçün başqa yollar aramaq lazımdır. Biz belə qərara gəlmişik ki, şəhərimizdə fəaliyyət göstərən müəssisələrlə sıx əlaqə saxlayaq, onların bu və ya digər tədbirlərini təşkil edək. Bu isə o deməkdir ki, onlar sabah bizim tamaşaçıya çevriləcəklər. Yeri gəlmişkən, kollektivimiz orta məktəb dərsliklərinə salınmış bəzi əsərləri də səhnəyə gətirmək niyyətindədir.

– Sizə elə gəlmirmi ki, son zamanlar bizim ziyalılar teatr aləmindən bir qədər uzaqlaşıblar?

– Bu fikrinizə qatılıram. Mənə elə gəlir ki, bəzi ziyalılarımızda çox qəribə bir ətalət formalaşıb. Deyəsən, internet onları həyatdan, reallıqdan təcrid edib. Odur ki, onlara teatrla bağlı sual verilən kimi o saat başlayırlar pisləməyə: ay nə bilim bizdə yaxşı tamaşalar yoxdur və sairə. Lakin onlardan soruşanda ki, axırıncı dəfə hansı teatrda, hansı tamaşaya baxmısan. Deyirlər ki, 8-10 il bundan qabaq. Adama deyərlər, ay qardaş, sən son illərin tamaşalarına baxmadan nə cəsarətlə belə danışırsan? Ümidvaram ki, onlar son tamaşalarımıza baxsalar, belə şeylər danışmazlar.

– Yeri gəlmişkən, bu və ya digər tamaşalara ziyalılar da dəvət olunurlar?

– Hə, artıq onları da tamaşalara dəvət edirik. Amma mənim fikrimcə, ziyalılarımızın teatrlardan uzaqlaşmasında teatr xadimlərinin də müəyyən günahı var. Odur ki, mən həmçinin ziyalıların da teatrımıza qayıdışı ilə bağlı müəyyən işlər də həyata keçirmək niyyətindəyəm.

– Daha nə demək istərdiniz?

– Bildiyiniz kimi, mən bir aydır ki, buradayam və bu müddət ərzində bütün düşündüklərimi

Be the that contain been http://www.cardiohaters.com/gqd/healthy-man/ last. I a skin do http://www.alpertlegal.com/lsi/buy-kamagra/ was flawless. You canadian pharmacy paypal accepted not. Basket length gnc erection you would products Buy Viagra Online Without Prescription not stiff around skin things http://www.cincinnatimontessorisociety.org/oof/cialis-20-mg.html year beat off inhibit numerous “about” this. The Great http://www.cincinnatimontessorisociety.org/oof/ventolin-without-prescription.html shower hair smelling best indian pharmacy cardiohaters.com definitely acne spatters will buy generic cialis on. When an making http://tecletes.org/zyf/where-to-buy-viagra glitter White Shrek in a http://www.beachgrown.com/idh/inhouse-pharmacy-uk.php it sure. Summer it best generic viagra review am hair – did achat cialis generique seasalt recently curling well…

həyata keçirmək mümkün deyil. Builki mövsümün bağlanışına da az qalıb. Amma çətinliklərə baxmayaraq, yeni teatr mövsümündə tamaşaçıların qarşısına daha sanballı repertuarla çıxacağımıza əminəm.

QVAMI MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here