Qaşıqçının ölümündə şahzadənin əli var

0
13

Heç bir şübhə yoxdur ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının öldürülməsində əli var”. Bunu ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı senator Robert Korker Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin Senatda keçirdiyi brifinqdə deyib.

“Mənim heç bir şübhəm yoxdur ki, vəliəhd şahzadə qətl fərmanı verib, qətli nəzarətdə saxlayıb, nəyin baş verdiyini dəqiq bilib və onu əvvəlcədən planlaşdırıb”, – deyə senator bildirib.

Bundan əvvəl Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib.(report)