ABŞ-ın BMT-yə 1 milyard dollar borcu var

0
477
Dünyanın müxtəlif yerlərində elə hadisələr baş verir ki, onları eşidənlər öz təəccübünü gizlədə bilmir. Araşdırmaçılar həmin faktların statistik göstəricilərini müəyyən ediblər. Sözügedən araşdırmanın nəticələrini təqdim edirik.
 Keniyada bir ailənin gəlirinin üçdə biri rüşvətə sərf olunur.

Çində 44 milyon qadın itkin düşüb.

Hindistanda 44 milyon uşaq fəhlə kimi işlədilir.

Rusiyada hər il 12 mindən çox qadın ailədaxili şiddət nəticəsində həyatını itirir.

İngilis supermarketləri müştəriləri barədə hökumətdən daha çox məlumata sahibdirlər.

İmkansız ailələrin övladları, zəngin ailələrin övladlarından 3 qat artıq psixoloji problemlər yaşayır.

a Afrikada 30 milyondan artıq insan QİÇS xəstəliyinin daşıyıcısıdır.

Dünyada hər gün 800 milyon insan aclıqla mübarizə aparır.

2002-ci ildə edam olunan insanların sayına görə (81 faizi) ABŞ, Çin və İran ilk sıralardadır.

Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Yapon qadınlar orta hesabla 84 il, Botsvanalı qadınlar isə 39 il yaşayır.

ABŞ-da 7 milyon qadın və 1 milyon kişi səhv qidalanmadan əziyyət çəkir.

Dünyada ən çox qazanan idmançı məşhur qolf oyunçusu Tiqer Vodsdur. O, bir ildə 78 milyon dollar qazanır.

ABŞ hökuməti əxlaq normalarına zidd olan qəzet və jurnalların nəşr olunmasına hər il 10 milyard dollar pul xərcləyir.

Dünyada intihar nəticəsində ölənlərin sayı, müxtəlif hadisələrdə ölənlərin sayından daha çoxdur.

Dünyada 150-dən çox ölkədə işkəncə tətbiq olunur.

ABŞ-ın BMT-yə 1 milyard dollar borcu var.

ABŞ-da hər inək üçün gündəlik 2,50 dollarlıq yem alınır ki, bu Afrika əhalisinin 75 faizinin gündəlik dolanışığından daha çoxdur.

ABŞ “quldur dövlət” dediyi 7 ölkədən 33 dəfə çox hərbi sahəyə pul xərcləyir.

Hazırda dünyada 27 milyon kölə var.

Dünyada gedən silahlı qarşıdurmalarda 300 min uşaq əskər döyüşür.

Sənaye ölkələrinin çoxunda insanlar özləri də bilmədən hər gün 6-7 kiloqram qatqı maddəsi qəbul edirlər.

ABŞ-da il ərzində 13,2 milyon insan estetik əməliyyat olunur.

ABŞ-da hər həftə orta hesabla 88 şagird məktəbə silahla gəlir.

Dünya əhalisinin 5 faizinin gündəlik gəliri 1 dollardan azdır.

Amerikalı qara dərili kişilərin həbsə düşmə ehtimalı 33 faizdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here