Elxan Abdullayev: “Səviyyəmiz budur”

0

here 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsini başa vurub. Komandamız yer aldığı qrupu 5 komanda arasında 4-cü pillədə bitirdi və 8 oyunda cəmi 7 xal topladı. U-21-in əsas hədəfləri nə olmalıdır, qarşısına qoyulan tapşırıqlar nələrdir və bunları hansı səviyyədə yerinə yetirib. Bu barədə ölkəmizin təcrübəli mütəxəssislərinin fikrlərini öyrəndik. Onlara 2 sualla müraciət etdik:

 

milk from tit 1. U-21-in Avro-2015-dəki çıxışını necə dəyərləndirirsiniz?

2. U-21-i çalışdırarsınızmı?

 

Ağasəlim Mircavadov: “Əsas xal yığmaq yox, milliyə oyunçu verməkdir”

1. Açığı, bizim U-21-in qarşısına qoyulan məqsədin və tapşırıqların nələr olduğunu bilmirəm. Ümumiyyətlə, 21 yaşa qədər olan millinin əsas məqsədi əsas yığmaya futbolçu vermək olmalıdır. Əlbəttə ki, bununla yanaşı, qalib gəlmək və mərhələləri uğurla keçmək də hədəflər arasında olmalıdır. Bilirsiniz ki, U-21-lərin Avro-2015-dəki birinciləri 2016 Olimpiya Oyunlarında iştirak edəcək. Bizim komada isə 7 xal topladı və 4-cü oldu. Biz bilmirik Lippertin müqaviləsində hansı maddələr qoyulub. Ola bilər ki, bu vəziyyət normaldır. Burada xal önəmli deyil, yaxşı heyət varsa, oyunçular istəniləni edirsə, məlum məsələdir ki, xal toplayacaq. Nəticədə əsas yığmaya oyunçu verəcək. Məsələn, Rusiya U-21-i 19 xal yığaraq 2-ci yerdə qərarlaşdı. Düzdür, olimpiadaya gedə bilmirlər, lakin əsas milliyə gənc oyunçular verirlər. Get-gedə məqsəd də böyüməlidir. Mənə elə gəlir ki, bizim U-21 ilk növbədə əsas yığma üçün yaxşı futbolçu yetişdirməlidir. Ola bilər ki, çox xal yığıb, əvəzində oyunçu verə bilməsin. Bununla hədəfə çatılmır. Amma xal az olduğu halda milliyə keyfiyyətli futbolçular verilibsə, bu çox yaxşı haldır. Son oyunları izlədim, xüsusən də, İsraillə matçı çox bəyəndim. Həvəsli idilər və qalib gəldilər. Bəlkə də, daha çox qol vura bilərdilər, çünki çox istəkli idilər. Lakin fərdi ustalıq səviyyəsi bir az aşağı olduğundan, hesab 3:0 oldu. Bu bir daha onu göstərir ki, bizim U-21-də potensial var. Yaxşı hallardan biri də odur ki, oyunçuların əksəriyyəti yerlilərdir.

2. Əvvəlcə onu qeyd edim ki, milli komandaların hamısında yerli məşqçilər olmalıdır. Çünki futbolçuları daha yaxından tanıyırlar. Bütün oyunları və məşqləri izləyir, klubların baş məşqçiləri ilə daim ünsiyyətdə olur, məsləhətləşir. O ki qaldı təklif məsələsinə, hamı bilir ki, mən Azərbaycan futboluna həmişə xidmət etmişəm. Bundan sonra da etməyə hazıram. Söhbət ondan getmir ki, təklif olsa. Əsas məsələ yığmaya faydalı ola bilməkdir. Həvəslə işləmək, Azərbaycan futbolu üçün çalışmaq əsas məqsədlərdən biri olmalıdır. Bunun üçün də təbii ki, təcrübə lazımdır. Mənə elə gəlir ki, bizim yerli məşqçilərin hamısı millidə işləməyə razılıq verər. İstər gənc, istərsə də təcrübəli olsun. Çünki biz Azərbaycanlıyıq, öz torpağımız üçün çalışmalıyıq və çalışa bilməliyik. Biz 1994-cü ildə yığmada çalışanda maaş yox idi, amma əlimizdən gələni edirdik ki, nəsə edək. Bu bizim borcumuzdur”.

i want a milf  

Əfqan Talıbov: “Oyunçular bilməlidirlər ki, əsas yığmanın qapısı önündədirlər”

1. U-21-i uğurlu hesab etmək olar, ona görə ki, bu heyətdə olan futbolçular öz klublarında əsas oyunçulardır. Həm də sevindirici hal odur ki, əsas milliyə oyunçular verilir. Bu, onsuz da belə olmalıdır. Yəni U-21-in əsas məqsədi yığmaya oyunçu verməkdir. Əvvəllər 21 yaşa qədər olan futbolçulardan tək-tük sayad əsas milliyə oyunçu gedirdi, lakin indi belə deyil. Hədəf nəticənin yaxşı olmasıdır. Bu nəticə isə ondan xəbər verir ki, iki il ərzində bizdə potensial var. İsraillə oyundakı mübarizədən də görünür ki, istək, həvəs yüksək olsa, 2:7 hesabı ilə məğlub olduğun komandaya belə, 3:0 hesabı ilə qalib gəlmək mümkündür. Sona qədər mübarizə aparmaq, öz gücünü oyuna sərf etmək lazımdır. Futbolçular öz güclərinə inanmalıdırlar və milliyə düşmək üçün əllərindən gələni etməlidirlər. U-21 millimizin oyunçuları bilməlidirlər ki, əsas yığmanın qapısının önündədirlər. Belə demək olarsa, əsas millinin əvəzedici heyətidir. Nəzərə almaq lazımdır ki, bu, uzun marafon oldu, bu yolda çox futbolçu yoxlanıldı. Ona görə də oyunu tutmaq gecikir. Bizim digər ölkə U-21-lərindən fərqimiz ondadır ki, bir futbolçu bir səhv edirsə, onu dəyişərək, başqa bir oyunçu dəvət olunurdu. Amma başqa ölkələrdə həmin futbolçuya səhvləri izah olunur, ona inanılır və oyunçunu əsas heyət üçün yetişdirirlər. İndi 7 xal yığılıb, bu, gələcəkdə artaraq çox ola bilər. Bunlar üçün çalışmaq lazımdır.

2. Mən indiki məşqçi ilə 3 il birlikdə çalışmışam, onun yardımçısı olmuşam. İlk dəfə 2008-ci ildə baş katib bizi U-21-ə dəvət edəndə, baş məşqçinin köməkçiləri ilə tək-tək görüşündə vurğuladığı əsas şeylərdən biri də o idi ki, hələlik əcnəbi məşqçilər çalışacaq. Müəyyən müddətdən sonra azərbaycanlılara meydan veriləcək. Azərbaycan milliləri üçün yerli məşqçilərin olması daha yaxşıdır. Çünki burada klubdan fərqli olaraq, hamısı azərbaycanlı uşaqlardır. Onların başında isə azərbaycanlı məşqçi olmalıdır. Hər bir keçmiş futbolçunun arzusudur ki, millidə məşqçilik etsin. Təbii ki, mən də istərdim ki, inkişafda olan futbolumuzun bir qulpundan yapışım.

 

Elxan Abdullayev: “U-21 istəniləni verə bilmədi”

1. U-21-in əsas məqsədi milli komandaya oyunçu verməkdir. Düzdür, nəticə də önəmlidir, burada çox futbolçu olur, yoxlanılır. Lakin əgər U-21 əsas yığmaya oyunçu verirsə, öz işini görür. O demək deyil ki, 21 yaşadək futbolçularımız necə gəldi oynamalıdır. Yaxşı olmalıdırlar ki, əsas millidə olanda da fayda versinlər. Hələ ki, səviyyəmiz budur. Mənə elə gəlir ki, U-21 istəniləni verə bilmədi. Bizim potensialımız daha yüksək pillələrdə olmağa imkan verir. Düzdür, baş məşqçi Lippertdir, amma məşqçi çıxıb oynamır, meydançada futbolçularımız olur. Evdə 3:0 hesabı ilə qalib gələ bilirsənsə, bəs niyə həmin komandaya səfərdə 2:7 kimi hesabla məğlub olursan? Səbəb çoxdur, bir daha deyirəm, potensial var. Portuqaliya ilə oyunda da göründü ki, biz pis oynamırıq. Həmin görüş heç-heçə də bitə bilərdi, 10-15 dəqiqə dayana bilsəydik.

2. İstəyərdim ki, ümumiyyətlə, millilərimizdə yerli mütəxəssislər olsun. Təklif olsa, əlbəttə işləyərəm. “İstəmirəm” deyən məşqçi yalan danışır. Bütün azərbaycanlı məşqçilər bunu istəyərlər. Çünki bizim üçün milli komandada işləmək şərəfdir. Çünki bu, Azərbaycanı təmsil edir. Mən Azərbaycan futboluna həmişə xidmət etməyə hazıram.

 

Yunis Hüseynov: “Bu müddət ərzində heç bir nəticə olmayıb”

1. Bu barədə bir fikrim yoxdur danışmağa. 6 il ərzində U-21-in oyunlarına fikir vermişəm. Bundan sonra nəyisə dəyişmək mümkün deyil. Bu müddət ərzində heç bir nəticə olmayıb. Burada əsas məqsəd həm öz oyunlarını yüksək səviyyədə saxlamaq, həm də əsas milli üçün yaxşı futbolçular yetişmək olmalıdır. Qrup mərhələsində də yaxşı çıxış etmək lazımdır. Mənə elə gəlir ki, U-21-də bu potensial var. Nəsə etmək mümkündür. İsraillə matçı izlədim, açığı, çox xoşuma gəldi. Futbolçularımız yaxşı, mübariz oyun nümayiş etdirdilər. Əhvali-ruhiyyə, qələbə istəyi yüksək olanda istənilən rəqibə qarşı layiqli oyun göstərmək mümkündür. İsraillə Bakıdakı görüşdə bu istək var idi və qələbə də qazanıldı. Bizim olimpiya yığmamızda potensial var və nəsə etmək olar.

2. Bilirsiniz necədir? Birincisi, təklif yoxdur, gərək olsun ki, bu barədə danışım. Yalandan durum deyə bilmərəm ki, mən olsam belə edərəm, elə edərəm. Belə bir xüsusiyyət məndə yoxdur. Bu barədə danışmağa ehtiyac görmürəm. Amma onu deyə bilərəm ki, U-21-də azərbaycanlı baş məşqçi olsa, daha faydalı olar.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here