Mingəçevir məktəbiləri cənub bölgəsinə yola düşdülər

0
8

Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.  Məqsəd şagirdləri müxtəlif bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, nailiyyətləri ilə yaxından tanış etməkdir. Səfər ərzində iştirakçılarda respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə də əyani təsəvvür yaranır.

Bu gün Mingəçevirdən 40 məktəbli 5 heyət üzvü ilə ölkəmizin dilbər güşələrindən  olan Lənkaran, Astara və Masallı rayonlarına yola düşdülər.  Məktəblilər yola düşməzdən əvvəl Heydər Əiyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qrupun rəhbəri, Mingəçevir  icra hakimiyyətinin əməkdaşı Tariyel Şükürov  bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizdə növbəti dəfə keçirilən maarifləndirici tur-aksiyanın Mingəçevirdən olan iştirakçıları  Lənkaran,Masallı və Astara rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Şagirdlər valideyinlərin, müəllimlərin xeyir-duası ilə yola düşüblər.

Esmira Hidayətova, Mingəçevir