Nikahların sayı azalıb, boşanmaların sayı isə artıb

0
2

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir. Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 min 371 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarda bildirilir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib. Doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.
Cari ilin doqquz ayı ərzində ölkədə 43 min 640 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 977 nikah və 11 min 102 boşanma halları qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 2,9% (1411 nikah) azalıb, boşanmaların sayı isə 1,1% (125 boşanma) artıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.
2018-ci ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2594 nəfər gələn, Azərbaycandan isə 1165 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1429 nəfər təşkil edib.