Azərbaycanlı teatrşünaslar beynəlxalq konqresdə iştirak edir

0
8

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Məryəm Əlizadə və İsrafil İsrafilov Rusiyada işgüzar səfərdədirlər. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri Məryəm Əlizadə və həmin təşkilatın sədr müavini İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Avropa Teatrı Mükafatı ilə birgə təşkil etdiyi 29-cu Dünya Konqresində iştirak edəcək.

Rusiyanın Sankt-Peterburq şəhərində 13-18 noyabr tarixlərində baş tutacaq tədbirdə teatr sənətinin aktual problemləri müzakirə olunacaq. BTTA-a prezident seçkisindən sonra VII Thalia Mükafatı təqdim olunacaq. Bu ilki mükafat alman teatrşünas, postdramatik və müasir teatr nəzəriyyəçisi Hans-Tis Lemana təqdim olunacaq.

Konqres çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən gəlmiş teatrşünasların iştirakı ilə “Səhnə sənətləri: azadlıq və tolerantlıq” mövzusunda teatr konfransı keçiriləcək. Azərbaycanlı professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov konfransda məruzə ilə çıxış edəcəklər.