“Çukur”un Lal Fındıkı alpanlıdır

0
9

Seriallara marağımın olmamasına baxmayarq hazırda Türkiyədə reytinqdə birinci olan “Çukur” serialı diqqətimi cəlb edib. Sual oluna bilər ki, seriala həvəsi olmayan birinin marağını nə cəlb edib?! Sözsüz, yenə də seriala baxmıram. Mənim üçün hansısa məlumatın, informasiyanın çatdırılması qısa zaman kəsiyində olmalıdır. Bu həm də filmlərə aiddir. Serialların isə bir məqsədi var, tamaşaçını intizarda saxlamaq, hadisələrin cərəyanını istənilən kimi hərəkət etdirmək. Burada bir danılmaz həqiqət var ki, serialın baxımlı olmasını, onun hər bölümünün tamaşaçı tərəfindən gözlənilməsinin səbəbkarı serialın sujet xətti və o xətti oynayan aktyorların istedadı və bacarığıdır.

“Ay yapım” şirkətinin istehsalı olan “Çukur” serialında çox istedadlı oyunçu kollektivi var. Serialın ən maraqlı və hər kəsin diqqətini özünə cəlb etməyi bacaran obrazı isə Lal Fındık obrazıdır desəm , yanılmaram. Bu obraz film boyu bir kəlmə də olsun danışmır, adına uyğun hərəkət edir. Aktyorun istedadı da burada özünü göstərir. Aktyor nə qədər istedadlı olmalıdır ki, o danışmadan hərəkətləri, gözlərinin baxışı, mimikası vasitəsi ilə tamaşaçı ilə ünsiyyət qura bilsin. Belə istedadın sahibi Lal Fındık obrazını canlandıran Ramin Nəzir az bir müddət ərzində tamaşaçı rəğbətini qazana bilmişdir.

Lalfındık-Ramin Nezir alpan.az
Lalfındık-Ramin Nezir alpan.az

Ramin Nəzir azərbaycanlıdır, burada anadan olub. O, həm də alpanlıdır. Uşaqlıqdan ailəsi ilə Türkiyəyə köçən Ramin 1996-cı ildən İstanbulda yaşayır. Orta təhsilini və peşə təhsilini İstanbulda alan Ramin teatr aktyorudur, həm də komediya janrnda oynayan bir oyunçu. İstedadının parlaq nümunəsidir ki, o dram janrında olan bir serialda rol ala bilib. Məşhur aktyorlardan eşitmişəm ki, istedadlı aktyor üçün janr fərqi olamamalıdır.

Lalfındık-Ramin Nezir alpan.az
Lalfındık-Ramin Nezir alpan.az

Ramin Türkiyədə məşhur olan Müjdat Gezen Sənət Məktəbində aktyorluq təhsili alıb və hazırda Müjdat Gezen Teatrında çalışır. Onun sözləri ilə desək o, teatr aktyoru olmaqdan həzz alır. Bu işi çox sevir. Sitat: “Bəli, mən teatr aktyoruyam. Bu işdən həzz alıram. Müqaviləli və rəsmi şəkildə Müjdat Gezen teatrında aktyor olaraq çalışıram. Həyatımın sonuna qədər də bu teatrda işimə davam edəcəyəm. Təbii ki, kino yaxud serial təkliflərini də dəyərləndirəcəm. Çünki teatr sahəsində qalaraq məşhur yox, istedadlı aktyor olmaq istəyirəm. Bu teatrda Cüneyt Arkın, İlker Ayrık, Atilla Sarıkayalı, Günay Karacaoğlu kimi bir çox nəhəng adlarla birlikdə çıxış etmişəm. Yəni hazırda Müjdat Gezenin teatrında çalışmaq bir çox türk aktyorlarının arzusudur.”

Lalfındık-Ramin Nezir alpan.az
Lalfındık-Ramin Nezir alpan.az

Ramin Nəzirin ekran fəaliyyəti Türkiyənin kanallarından birində yayımlanan və İlker Ayrıkla bir səhnəni bölüşdüyü Ecayib Tipler adlı komik televiziya tamaşası olmuşdur. Ramin bu tamaşalarda da öz istedadını nümayiş etdirmiş və tamaşaçıların rəğbatini qazanmağı bacarmışdır.
Son olaraq həmkəndlimizə işlərində uğurlar, ona bol tamaşaçı alqışı və səhnə uğurları arzulayırıq. alpan.az