Almaniyanın səfiri Qubaya səfər edib

0
11

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 15-də Qubada olub. Nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Mixael Kindsqrab Almaniya-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək ölkələrimiz arasında geniş spektrli iqtisadi əlaqələr qurulduğunu diqqətə çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.