“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

0
11

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhər 6 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xurşud Zamanova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

 

Tədbirdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib və sonra film ətrafında müzakirələr aparılıb.

Mingəçevir Bələdiyyəsinin komissiya sədri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir